İcra başçılarından sığorta şirkətlərinə çağırış
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinə müraciət ediblər.
İsmayıllı rayonunda fevralın 5-də Ağsu, İsmayıllı, Şamaxı rayonlarında baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərə dair 3 aylıq hesabat brifinqində bildirilib ki, sığorta şirkətləri daşınmaz əmlakın sığortalanmasında maraqlı olmalıdırlar.
Qeyd olunub ki, Prezident İlham Əliyev zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində tapşırıq verib.
"Yaxşı olardı ki, həmin evlər sığortalı olsun. Şirkətlər müəyyən təkliflərlə çıxış etməlidirlər. Elə evlər var ki, onların sənədləri yoxdur. Bu da müəyyən problemlər yaradır. Əmlak Məsələləri Dövlət Komitəsi "ASAN xidmət" vasitəsilə sənədləşmə işlərində addımlar atmalıdırlar. Sənədləşmə məsələsi həll edildikdən sonra problemlər aradan qaldırılmış olacaq" - deyə konfransda bildirilib.
Zəlzələnin fəsadlarının aradan qaldırılması üçün görülən işlər açıqlanıb
Bildirilib ki, episentri İsmayıllı və Ağsu rayonlarının ərazisində olan zəlzələ nəticəsində Ağsu, İsmayıllı və Şamaxı rayonlarında 748 yaşayış evi qəzalı vəziyyətə düşüb, yüzlərlə yaşayış evinə, eləcə də sosial və infrastruktur obyektlərinə müxtəlif dərəcədə ziyan dəyib.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncam və tapşırıqlarına əsasən, Ağsu, İsmayılllı və Şamaxı rayonlarında baş vermiş zəlzələnin fəsadları aradan qaldırılmaqdadır.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev deyib ki, zəlzələ nəticəsində rayonda 350 yaşayış evi qəzalı vəziyyətə düşüb, yüzlərlə yaşayış evinə, eləcə də sosial və infrastruktur obyektlərinə müxtəlif dərəcədə ziyan dəyib.
O bildirib ki, zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədi ilə hazırda rayon üzrə 162 yaşayış evinin tikintisinə başlanılıb.
İcra başçısı qeyd edib ki, eyni zamanda “Regional İnkişaf” İctimai Birliyi tərəfindən rayon ərazisində qəzalı vəziyyətdə olan yaşayış evlərinin, müxtəlif sosial və infrastruktur obyektlərinin bərpa və tikintisi həyata keçirilir.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov bildirib ki, rayon ərazisində 114 yaşayış evi qəzalı vəziyyətə düşüb. Onun sözlərinə görə, zəlzələnin nəticələrinin aradan qaldırılması üçün rayon üzrə 176 yaşayış evinin tikintisinə başlanılıb.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov isə vurğulayıb ki, rayon ərazisində 284 fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb, 112 yaşayış evinin tikintisinə başlanılıb.
T.Məmmədov deyib ki, Şamaxı rayonunda tikiləcək yeni çoxmənzilli yaşayış binalarında 81 ailənin yerləşdirilməsi nəzərdə tutulur.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 saat əvvəl
-
4 saat əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
5 saat əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
-
1 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
1 gün əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
1 gün əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Son Xəbərlər
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Ən çox oxunanlar
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!





















