Almaniya şirkəti Bakının Baş planının hazırlanmasına yerli mütəxəssisləri cəlb edəcək
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin növbəti plenumunda Bakının Şəhərsalma İnkişafı müzakirə edilib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakının Baş planının hazırlanması prosesinin 2-ci mərhələsi üçün cəlb etdiyi “AS+P” beynəlxalq şəhərsalma və memarlıq şirkəti işə başlayıb.
Plenum çərçivəsində “AS+P” şirkətinin yerli memarlarla ilk işçi görüşü keçirildi.
7 may tarixində Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin Bakının şəhərsalma inkişafına həsr edilmiş plenumu keçirilib.
Tədbirdə iştirak edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev iştirakçıları salamlayaraq bildirdib:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti altında son illər ərzində uğurla reallaşdırılmış iri abadlıq və yenidənqurma layihələri sayəsində Bakı bu gün həm yüksək peşəkarlıqla konservasiya olunan zəngin tarixi-memarlıq irsi, həm də müasir memarlığı və infrastrukturu ilə seçilir, dünyanın ən gözəl şəhərlərindən biridir. Bugünki plenumun məhz Bakının şəhərsalma inkişafı mövzusuna həsr edilməsini təqdirəlayiq hesab edirəm. Cənab Prezidentin göstərişinə əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırda təşkil olunmuş Bakının Baş planının hazırlanması prosesinə nüfuzlu beynəlxalq təşkilarlar ilə yanaşı Azərbaycan ictimaiyyətinin və yerli peşəkarların da cəlb olunması xüsusi əhəmiyyət kəsb edir. Sevindiricidir ki, Azərbaycan Memarlar İttifaqı Bakının Baş planının hazırlanması prosesinin bütün mərhələlərində fəal iştirak edir.”
Komitə sədri həmçinin Bakı şəhərinin Baş planının hazırlanması üzrə 2 mərhələdə təşkil olunmuş genişmiqyaslı işlərdən danışıb. Bidirilib ki, 1-ci mərhələdə Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2018-ci il tarxili Fərmanına əsasən Bakı şəhərinin baş planının beynəlxalq standartlara uyğun və ən uğurlu qlobal təcrübəyə əsaslanaraq tərtib olunması məqsədilə Komitə “Böyük Üçlük” adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini – “Boston Consulting Group” (“Boston Konsaltinq Qrup”) şirkətini əməkdaşlığa cəlb etmişdir.
Komitə sədri plenum iştirakçılarının diqqətinə çatdırıb ki, 1-ci mərhələdə görülmüş işlər nəticəsində beynəlxalq təcrübəyə və bu sahədə müasir qlobal tendensiyalara əsaslanaraq Bakının İnkişaf Konsepsiyası hazırlanıb, şəhərin inkişafının əsas prioritetləri müəyyən edilib. Eyni zamanda, 1-ci mərhələdə tərtib olunmuş ətraflı texniki tapşırıq əsasında Baş planın işlənməsi məqsədilə beynəlxalq şəhərsalma şirkətinin seçilməsi üzrə açıq tender keçirilib. Aidiyyəti dövlət orqanlarının nümayəndələrindən və ictimai xadimlərdən ibarət olan tender komissiyasının qərarı ilə Bakı şəhərinin Baş planının hazırlanması üzrə tenderin qalibi Almaniyanın nüfuzlu “AS+P” şəhərsalma və memarlıq şirkəti seçilib və bununla da layihənin 2-ci mərhələsinə start verilib. Komitə sədri, həmçinin əlavə edib:
“Dünən Dövlət Şəhərsalma və Arxitektura Komitəsində layihənin 2-ci mərhələsinin bütün icraçılarının – “AS+P”, “Boston Konsaltinq Qrup” şirkətləri və Bakı Dövlət Layihə İnstitutu – ilk işçi görüşü təşkil olundu, növbəti addımların və qarşıdakı prosesin detalları müzakirə edildi. Bu gün isə, layihə icraçılarının Sizlərlə – Azərbaycan memarları ilə ilk görüşüdür. Əminəm ki, bütün maraqlı tərəflərin, o cümlədən aidiyyəti dövlət orqanlarının, ictimai birliklərin, müstəqil ekspertlərin iştirakını təmin etməyimiz Bakı şəhərinin Baş planının ən yüksək keyfiyyətlə hazırlanmasına öz dəyərli töhfəsini verəcəkdir. Həm müvafiq məlumatların toplanması və inteqrasiyası, həm də gələcəkdə təsdiq olunacaq Baş planın reallaşdırılması mərhələlərində birgə işin əlaqələndirilməsi xüsusi əhəmiyyət kəsb edəcək.”
Daha sonra çıxış üçün söz Bakı Dövlət Layihə İnstitutunun rəhbəri İlqar İsbatova verilib. O, nitqində Bakının İnkişaf Konsepsiyası haqqında məlumat verib, Konsepsiya ilə müəyyən edilmiş və şəhərin Baş planının əsasını təşkil edəcək 4 əsas prioriteti plenum iştirakçılarının diqqətinə çatdırıb:
1.Davamlı inkişafın təmin olunması məqsədilə şəhərin tarazlı zonalaşdırılması və ənənəvi mərkəzi ilə yanaşı alternativ mərkəzlərin və alt-mərkəzlərin formalaşdırılması;
2.Şəhər və ətraf mühitinin regenerasiyası, ərazilərdən səmərəli istifadə və əhalinin rahat yaşayışının təmin edilməsi;
3.Milli-mədəni irsin və şəhərin memarlıq görkəminin qorunması, şəhərin mədəni həyatının zənginləşdirilməsi;
4.Şəhər iqtisadiyyatının post-sənaye dövrünə mərhələli keçididir.
İlqar İsbatov onu da əlavə edib ki, Bakının İnkişaf Konsepsiyası işlənərkən həm yerli mütəxəssislər, həm də şəhər sakinləri arasında sorğular aparılmış və bununla da insanların yaşadıqları şəhərə münasibəti, onların nədən narahat olduqları və nəyi bəyəndikləri öyrənilmişdir. O, vurğuladı ki, insanların Bakını gələcəkdə necə görmək istəyi barədə əldə edilmiş bu məlumat Baş plan üzərində davam edən işin növbəti mərhələsində də nəzərə alınacaq.
Daha sonra “AS+P” beynəlxalq şirkətinin icraçı direktoru Yoaxim Şares çıxış edərək şəhərlərin inkişafının dünya trendləri barədə məlumat verib. O, həmçinin, Bakı layihəsinin əhalinin yüksək artım tempi, şəhər və onun aqlomerasiyaları arasında tarazlığın qorunması və müasir dünyanın ayrılmaz atributu olan urbanizasiya proseslərinin davamlı idarə olunması zərurəti kimi əsas çağırışlarını xüsusi vurğulayıb. O, qeyd edib ki, təmsil etdiyi şirkətin əsas vəzifəsi təkcə beynəlxalq şəhərsalma prinsiplərinin Bakıda tətbiqi deyil, şəhərin özünəməxsus xüsusiyyətlərini nəzərə almaq, onun tarixi görkəmini qorumaqdır. Məhz buna görə işə yerli mütəxəssislər də cəlb olunmalıdır. Bildirilib ki, “AS+P” şirkəti görüləcək işlər çərçivəsində Bakı Dövlət Layihə İnstitutu və yerli peşəkarlarla sıx əməkdaşlığın qurulmasını planlaşdırır.
Çıxış və məruzələrdən sonra mövzu ətrafında geniş müzakirələr və fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
9 saat əvvəl
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
- 22 saat əvvəl
-
-
22 saat əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
23 saat əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
1 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
1 gün əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi





















