“Gələcəkdə Azərbaycan Fars körfəzinə dəmir yolu ilə də çıxa bilər”
Azərbaycanın Avropa və Asiya arasında kontreyler daşımalarının təşkili layihəsinə qoşulması üçün infrastrukturu mövcuddur.
Bunu açıqlamasında TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Akif Mustafayev bu həftə Buxarestdə keçirilən nazirlər konfransında təklif olunan Qara dəniz regionu üçün prioritet infrastruktur layihələrini şərh edərkən bildirib.
Konfransda təklif olunan layihələr sırasına "Poti/Batumi - Odessa - Konstansa limanları arasında konteyner-fider əlaqəsinin inkişafı və Asiya - Xəzər dənizi - Azərbaycan - Gürcüstan - Qara dəniz - Rumıniya/Ukrayna və əks istiqamətdə kontreyler daşımalarının təşkili daxildir. Hal-hazırda Ukrayna və Gürcüstan yuxarıda göstərilən layihələrin maliyyələşdirilməsinə dəstək verilməsi üçün Avropa Komissiyasının prezidentinə müraciət hazırlayır.
A.Mustafayev hesab edir ki, Azərbaycan TRACECA dəhlizi üzrə şaxələndirilmənin və yüklərin hər tərəfə çıxmasının tərəfdarıdır: “Bakı-Tbilisi-Qars dəmir yolu ilə birbaşa olaraq Qara dənizə çıxmaq deməkdir. Qara dəniz yolu ilə isə bir sıra Avropa ölkələrini də bu yük dəhlizinə qoşmaq mümkündür. Bu gün bir sıra Şimali Avropa ölkələri, Skandinaviya dövlətləri Rusiya ərazisindən Şimal-Cənub istiqamətindən Azərbaycan ərazisinə çıxmaqda maraqlıdırlar. Bu gün Şimal-Cənub istiqamətində Azərbaycan və İran ərazisində böyük işlər görülür. Bu istiqamətdən gələn yüklər bu marşrutla Fars körfəzinə, oradan da Hindistana, Pakistana və ərəb dövlətlərini də yüklərini daşınması mümkün olacaq. Bu istimaqətdə də infrastruktur işləri davam etdirilməlidir”.
Onun sözlərinə görə, ölkə ərazisində daşımalar dəmir yolu ilə bərabər, həmçinin avtomobil yolları ilə də aparılır: “Bu gün Çindən Avropaya nəql edilən yüklər TİR-lər vasitəsilə, Azərbaycandan Ro-Ro gəmiləri ilə Gürcüstana, sonra isə Türkiyə vasitəsilə Avropaya çıxırlar. Son illər Azərbaycanda avtomobil magistral yolları lap yüksək səviyyəyə çatdırılıb. Bu gün Azərbaycandakı avtomobil magistral yolları MDB ölkələri arasında ən yaxşı magistrallar hesab edilir. Bundan başqa, yeni Dəniz Ticarət Limanı şəhərin mərkəzindən çıxarılıb Ələtdə yaradılması da çox müsbət addımdır. Ancaq bu o da demək deyil ki, Azərbaycanda infrastruktur tam mükəmməldir və onu davam etdirmək lazım deyil. Bütün bunları davam etdirmək lazımdır və mövcud olan qüsurları aradan qaldırmaq lazımdır”.
A.Mustafayev bildirib ki, bu gün Azərbaycan Rusiya istiqamətində dəmir yolu xəttləri o qədər də yaxşı vəziyyətdə deyil və onun yenidən qurulmasına ehtiyac var: “Düşünürəm ki, bu işlər gələn il də davam etdirilərək onun yenidənqurulmasına başlanılacaq. Son 2 ildə Azərbaycan Astarası ilə İran Astarası arasında dəmir yolu salınıb və körpü tikilib. Artıq bu dəmir yol xətti ilə yüklər Rəşd şəhərinə qədər çıxa bilir. Orada isə yüklər terminalda boşaldılaraq avtomobil nəqliyyatı ilə Fars körfəzinə aparıla bilir. Gələcəkdə isə Fars körfəzi ilə də dəmir yolu bağlanacaq ki, bu da olduqca böyük xərc tələb edir”.
TRACECA-nın Azərbaycan üzrə milli katibi deyib ki, ümumilikdə bu gün infrastruktur işləri yüksək səviyyədə icra olunub: “Bu infrastruktur işləri təkcə Azərbaycanda aparılmayıb. Qazaxıstanda da yeni liman inşa olunub, yeni yollar salınıb. Türkmənistanda böyük bir modern üslüblu limanın inşası da bunun göstəricidir. Türkiyədə də xeyli sayda işlər görülüb. Ancaq bütün bunlar yetərli deyil. Zaman keçdikcə texnika da daha da müasirləşir, imkanlar artır və infrastruktur mütəmadi olaraq modernləşdirilməlidir”.
TRACECA rəsmisi düşünür ki, görülən işlərin effektivliyi üçün gömrük sərhəd prosedurları sadələşdirilməlidir: “Bu sahədə müəyyən qədər işlər görülüb. “Bir Pəncərə”, “Yaşıl Dəhliz” buraxılış sistemi artıq tətbiq edilir. Azərbaycan və qonşu dövlətlər elə etməlidirlər ki, nəqliyyat vasitələri sərhəddə mümkün qədər az dayansınlar. Daşıyıcılar mümkün qədər az məmurlarla münasibətdə və təmasda olsunlar. Yoxlamaların sayı azaldılmalıdır. Əgər bir qonşu dövlətdə yüklər yoxlanılıbsa, onun yenidən yoxlanılmasına ehtiyac yaranmamalıdır. Düşünürəm ki, illərlə yükləri daşıyan daşıyıcılar inam qazanıblarsa, onları daha tez və daha az yoxlama ilə “Yaşıl Dəhliz” buraxılış məntəqəsindən buraxılmalıdır. İnanıram ki, gömrük sahəsində gələcəkdə də islahatlar davam edəcək və Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkiyə və bütün qonşu dövlətlər gömrük-sərhəd məsələrində çox diqqətli olmalı və bir çox sadələşdirilməyə getməlidirlər”.
A.Mustafayev deyir ki, bu gün Azərbaycanda Rusiyada quru yolla gedən yüklərin tariflərindən 30% daha yüksəkdir: “Bu səbəbdən də tarif siyasəti təkmilləşməlidir. Mütəmadi olaraq bu işlərə baxılmalıdır və vahid tarif sistemi tətbiq edilməlidir. Yəni Avropanın bir başından Asiyaya və ya əks istiqamətdə yük göndərən şirkətlər yüklərin daşınması onlara neçəyə başa gələcəyini dəqiq bilməlidirlər. Vahid tarif sistemi mütləq olmalıdır. Bunun üçün də bu sahədə görüləsi işlər çoxdur”.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
5 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 5 saat əvvəl
-
6 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 6 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var



















