Yapı Kredi Bank Azərbaycan “Qiymətli kağızlarla klirinq və hesablaşmalar üzrə hesablaşma agenti modeli” üçün saziş imzaladı
(®) Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Qiymətli kağızlarla klirinq və hesablaşmalar üzrə hesablaşma agenti modeli”nin təqdimatı keçirilib, modelin tətbiq edilməsi üzrə qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə klirinq və hesablaşmaların aparılmasına dair Kollektiv Saziş imzalanıb.
Kollektiv sazişin iştirakçılarından biri olan Yapı Kredi Bank Azərbaycan-ın yaydığı açıqlamada deyilir:
“Yapı Kredi Bank Azərbaycan likvidliyi, sağlam maliyyə quruluşu və güclü texniki bazası ilə Palatanın Qiymətli kağızlar bazarı üçün təqdim etdiyi bu model üçün də tam dəstək verir.
MBM, İnvestisiya şirkətləri və 4 Agent Bank arasında imzalanan Kollektiv saziş ilə birlikdə bankımız bu modeldə üzərinə düşən vəzifənin yerinə yetirmək istiqamətində fəaliyyət aparır.
Qeyd edək ki, qiymətli kağızlar bazarında tətbiq olunacaq bu model bazarda bir sıra fundamental yeniliklərə səbəb olacaq. Bu yeniliklər nəticəsində hesablaşmaların daha səmərəli və operativ aparılması mümkün olacaq. Bu da öz növbəsində həm emitentlərin, həm də investorların xərclərini azaltmaqla yanaşı, onlara likvidliyi çevik idarəetmə imkanı yaradacaq. Eyni zamanda qeyd edilmişdir ki, yeni modelin tətbiqi nəticəsində investisiya şirkətləri ilə kommersiya bankları arasında faydalı, şəffaf və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq mühitinin formalaşmasına zəmin yaranır.
Modeldə nəzərdə tutulan digər bir yenilik hesablaşma rejimlərinin optimallaşdırılmasıdır. Belə ki, yeni modelə əsasən səhmlər və dövlət istiqrazları ilə yanaşı, korporativ istiqrazların da təkrar bazar əqdləri üzrə hesablaşmaların “T+0” rejimindən “T+1” rejiminə keçirilməsi müəyyən edilmişdir. Bu isə öz növbəsində həm bu bazar seqmetinin canlanmasına, həm də hesablaşmaların səmərəliyinin artırılmasına təkan verəcək. Bununla yanaşı, Azərbaycan qiymətli kağızlar bazarında “T+1” rejimin tətbiq dairəsinin genişləndirilməsi bazarın xarici investor üçün cəlbediciliyini artıracaqdır”.
Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
11 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"




















