Mərkəzi Bank və SECO anlaşdı
Mərkəzi Bankı ilə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi arasında Anlaşma Memorandumu imzalandı.
Mərkəzi Bankın sədri Elman Rüstəmov İsveçrə Səfirliyinin müvəqqəti işlər vəkili və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Cənubi Qafqaz əməkdaşlıq ofisinin regional direktor müavini Simonе Haberlini qəbul edib.
Mərkəzi Bankdan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, Xanım Haberli son illərdə Azərbaycan Hökuməti tərəfindən dayanıqlı iqtisadi artımın təmin olunmasında özəl sektorun iştirakının genişləndirilməsi ilə ölkənin neft və qaz resurslarından asılılığın azaldılması və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm səylərin həyata keçirilməsini qeyd edib.
Görüş zamanı SECO-nun Azərbaycandakı fəaliyyəti, dəstək göstərdiyi layihələr, Azərbaycan Mərkəzi Bankı (AMB) və SECO arasında əməkdaşlığın nailiyyətləri və yeni perspektiv istiqamətləri müzakirə olunmuşdur. Xanım Haberli İsveçrənin 20 illik ikitərəfli texniki əməkdaşlığının Azərbaycanda uğurla davam olunmasına, həmçinin keçirdiyi tədbirlərə göstərdiyi dəstəyə görə Mərkəzi Bankın sədrinə öz təşəkkürünü bildirib.
Öz növbəsində sədr E.Rüstəmov cənab Prezidentin apardığı uğurlu siyasət nəticəsində ölkədə əldə olunmuş sürətli sosial-iqtisadi inkişaf, bərqərar olmuş ictimai-siyasi sabitlik sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və beynəlxalq əməkdaşlıq üçün cəlbediciliyinin daim artdığını və belə əməkdaşlığın mühüm istiqamətlərindən birini nüfuzlu beynəlxalq maliyyə-kredit institutları, o cümlədən SECO ilə əlaqələrin təşkil etdiyini qeyd etdi. E.Rüstəmov eyni zamanda bildirdi ki, AMB artıq 20 ildir ki, SECO ilə müxtəlif layihələr çərçivəsində uğurlu əməkdaşlıq edir və bu əməkdaşlığı yüksək qiymətləndirir.
Görüş zamanı AMB-nin 2012-ci ildən SECO ilə "Mərkəzi Banklar üçün ikitərəfli yardım və bacarıqların artırılması" proqramı (BCC I) çərçivəsində apardığı sıx əməkdaşlıq xüsusilə vurgulanmışdır. Proqramın birinci fazası çərçivəsində SECO tərəfindən Mərkəzi Banka inflyasiyanın proqnozlaşdırılması, faiz siyasətinin transmissiyası, maliyyə sabitliyi, məzənnə siyasəti və monetar iqtisadiyyat, real sektorun əhatəli monitorinq sisteminin yaradılması istiqamətlərində texniki yardım göstərilmişdir. E.Rüstəmov qlobal iqtisadi mühit və yeni çağırışlar fonunda AMB qarşısında duran vəzifələrin uğurla reallaşması üçün SECO ilə əməkdaşlığın davam etdirilməsinin zəruriliyini və əhəmiyyətini qeyd edib.
Bundan sonra Mərkəzi Bankın SECO ilə "Mərkəzi banklar üçün ikitərəfli yardım və bacarıqların artırılması" əməkdaşlıq proqramının 2019-2022-ci illəri əhatə edəcək ikinci fazası (BCC II) çərçivəsində göstəriləcək texniki yardım məsələləri müzakirə olunub. Proqram çərçivəsində icraçı agentlik olan “Geneva Graduate İnstitute” tərəfindən pul siyasətinin təhlili və implementasiyası, makroiqtisadi statistika və proqnozlaşdırma və digər istiqamətlərdə texniki yardımın göstərilməsi nəzərdə tutulur. Görüşün sonunda AMB və SECO arasında BCC II Proqramının ikinci fazasının implementasiyası ilə bağlı Anlaşma Memorandumu imzalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
1 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
1 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR

















