Yaponiyada, uzun yaşayan vətəndaşlar pensiya sistemini çətinə salır
70 mindən çox yaşı 100-dən yüksək vətəndaşı olan Yaponiyada, uzun bir ömür yaşayan vətəndaşlar pensiya sistemini çətinə salır.
PENSİYAYA ÇIXDIQDAN SONRA ORTA HESABLA 30 İL YAŞAYIRLAR
"Marja" xəbər verir ki, Yaponiyanın Maliyyə Xidmətləri Agentliyinin (FSA) hazırladığı hesabata görə, təqaüdə çıxdıqdan sonra orta hesabla 30 il yaşayan bir cütlüyün pensiyalardan əlavə, yaşaya bilməsi üçün 185 min dollarlıq bir yığıma ehtiyacı olacaq. Sözügedən hesabat yaponları maddi olaraq pensiyaya hazırlıqlı olmaları barədə xəbərdar etmək üçün hazırlanıb. Ancaq hesabatın dərc olunmasından sonra ölkədəki müxalifət, pensiya sistemində islahatlar aparan Baş nazir Shinzo Abe-ni sərt tənqid edib.
PUL QURTARANDAN SONRA DAHA 20 İL YAŞAYACAQ
Konstitusiya Demokratik Partiyanın Lideri Yuki Edano Baş nazir Abenin sadəcə sistemin sabitliyini düşündüyünü, təqaüdçülərin yaşadığı problemlərlə isə maraqlanmadığını deyib. Pensiya yaşını qaldırmağa hazırlaşan Abe isə ona cavab olaraq hesabatın səhv anlaşıldığını bildirib. Ölkədə hazırda 62 olan pensiya yaşının mərhələli olaraq 68-ə yüksəldilməsi planlaşdırılır. Hazırda Yaponlar orta hesabla 85 yaşına qədər yaşayır, ancaq bu rəqəm ilbəil yüksəlir. Bununla yanaşı, Yaponiya əhalisi azalan doğulanlara görə ildə orta hesabla 0.2 faiz azalır. 2015-ci ildə dərc olunan bir hesabata görə, Yaponiyada təqaüdçülərin 54%-i tamamilə dövlətdən aldıqları pensiya ilə yaşayırlar.
Dünya İqtisadi Forumuna görə isə, yığımları tükəndikdən sonra ölkədəki kişilərin 15, qadınların isə 20 il də yaşaması gözlənilir. Hazırda çalışanların pensiya yaşlarında yetərli gəlir və yığıma malik olmayacaqları Yaponiyada narahatedici fakt kimi bilinir və hökumət tez-tez bu həqiqəti gizlətməkdə təqsirləndirilir.
Baş nazir Shinzo Abe isə 2004-cü ildə həyata keçirdiyi islahatlar nəticəsində həm sistemin memarı, həm də yaşanan problemlərin səbəbkarı kimi görünür. Bu səbəbdən müxalifətin təqaüdlərlə bağlı narahatedici həqiqəti gizlətdiyi tənqidlərinə məruz qalır. Son olaraq Abe-nin FSA hesabatının yanlış anladığını söyləməsi bu həqiqəti gizlətməsi cəhdinin bir hissəsi kimi görülüb. Xalqın Demokratiya Partiyası Lideri Yuichiro Tamaki, Baş Nazir Abe-nin məsələ ilə bağlı verdiyi bəyanatını "Seçki var deyə bir məlumatı təkzib etmək, rədd etmək və ya gizlətmək sizə hökumət olaraq etibar qazandırmaz" sözləri ilə tənqid edib.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
8 d. əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
-
- 17 d. əvvəl
-
21 d. əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 49 d. əvvəl
-
58 d. əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə




















