Ulduz Şokolad Fabriki Dənizkənarı bulvarda 3 gün istehlakçılarına öz məhsullarını təqdim edəcək
(®) Bu gündən başlayan və 3 gün davam edəcək Organic Food Festivala Ulduz Şokolad Fabriki bütün şokoladsevərləri dəvət edir.
21-23 iyun tarixlərində ölkədə ilk dəfə keçiriləcək “Organic Food Festival” tədbirində iştirak edən və 20 ilə yaxındır ki, öz istehlakçılarına müxtəlif satış nöqtələrindən xidmət göstərən fabrik, bu dəfə onlara birbaşa özü xidmət göstərəcək.
Dünyanın şokolad eksperti sayılan Belçikanın "Barry Callebaut" firması ilə əməkdaşlıq edən Ulduz Şokolad Fabriki festival zamanı öz istehlakçılarına və bulvarın qonaqlarına müxtəlif çəki şokoladları, konfetlər, batonlar, hədiyyəlik qutular və s. təqdim edəcək.
Fabrikin sərgiləcəyi əsas məhsul FAVO batonlarıdır, hansı ki, inqridiyentlərinə görə natural və az kalorili hesab olunur. Tərkibindəki taxıl bitkiləri və az miqdarda xalis şokolad kütləsinə görə sağlam qidalar kateqoriyasına daxil olan FAVO batonları iki çeşiddə - şokoladlı və portağalı – təqdim olunacaq. Bundan başqa, festival iştirakçılarına Ulduz stendində “Xonça”, “Tango”, “Coco ulduz”, “Sweet” kimi südlü və xalis şokolad örtüklü şokolad konfetləri, jele tipli konfetlər və karamellər də təqdim olunacaq. O da qeyd olunmalıdır ki, Ulduz Şokolad Fabriki 28 May – Cümhuriyyət Gününə özəl olaraq ənənəvi Belçika texnologiyası əsasında hazırladığı, yeni “Azərbaijan Chocolate” və “I Love Azerbaijan Chocolate” kimi premium hədiyyəlik qutularının da satışı təşkil edəcək.
O da qeyd olunmalıdır ki, məhsullarının ekoloji baxımdan təhlükəsiz və sağlam qida olduğuna zəmanət verən fabrik İngilis Pərakəndəçilər Birliyi və Beynəlxalq Qida Standarlarını alan ilk yerli qida müəssisəsi olmaqla yanaşı, həm də “Halal qida”, “Kocher” kimi sertifikatlar əsasında fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 d. əvvəl
-
-
48 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Azərbaycan neftinin son qiyməti
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq























