Yanacaq və motor yağlarına görə fermerlərə verilən subsidiya ləğv edilir
İndiyədək kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar hesabı ilə bitkilərin (pambıq, tütün və şəkər çuğunduru istisna olmaqla) becərilməsinə sərf etdikləri yanacaq və motor yağlarına görə 50 manat, buğda və çəltik əkininə görə əlavə 40 manat yardım verilir.
Həmçinin, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin, pestisidlərin və ölkədə sənaye üsulu ilə istehsal edilmiş biohumusun qiymətinə 70 faiz güzəşt tətbiq edilməklə, hər hektar genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinə və çoxillik əkmələrə görə mineral gübrələrin və biohumusun satış qiymətinə tətbiq edilən güzəştin ümumi məbləğinin yuxarı həddi 150 manat, pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddi 50 manat məbləğindədir.
Xəbər verdiyimiz kimi, İyunun 27-də yeni "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsi qaydası" təsdiq edilib.
"Marja"nın məlumatına görə, Qaydalardan məlum olur ki, yanacaq və motor yağlarına görə verilən 50 manat subsidiya ləğv edilir. Gübrələrin və pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştlər də ləğv edilərək əkin subsidiyası ilə əvəz edilir. Habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına verilən 40 manat yardım da ləğv edilir. Təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə məhsul subsidiyası veriləcəkdir.
Bundan başqa, “Şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna verilən 4 manat subsidiya da ləğv edilir.
Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiya da ləğv edilir. İstehsalçılara tədarükçülərə təhvil verdikləri xam pambığın hər 1 kiloqramına görə 0,1 manat, quru tütünün hər 1 (bir) kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə 0,05 manat məbləğində subsidiya verilir.
Yeni Qaydalara görə, əkin subsidiyası – fermerlərə əkin, çoxillik əkmə altında olan kənd təsərrüfatı yerlərində həmin yerlərin təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır. Kənd təsərrüfatı istehsal vasitələri dedikdə mineral gübrə, biohumus, sertifikatlı toxum, ting və pestisid başa düşülür. Əkin subsidiyasının 25 faizni nağdlaşdıraraq istifadə etmək mümkün olacaq, 75 faizi avtomatlaşdırılmış qaydada gübrə və pestisid satan təchizatçının hesabına köçürüləcəkdir.
Qaydalar görə, fermerlər əkin subsidiyası, məhsul subsidiyası, toxum subsidiyası, heyvan subsidiyası, arı subsidiyası və barama subsidiyası ala biləcəklər. Məhsul subsidiyası - tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə əkin subsidiyasına əlavə olaraq verilən subsidiyadır.
Qeyd edək ki, iri təsərrüfatlar yanacaq və motor yağları subsidiyası ilə xeyli gəlir əldə edirdilər. Gələn ildən fermerlər (fiziki və hüquqi şəxslər) mineral gübrə, biohumus, sertifikatlı toxum, ting və pestisidə görə əkin subsidiyası, tədarükçülərə təhvil verilən məhsulun hər tonuna görə məhsul subsidiyası alacaqlar.
Ətraflı oxuyun: Subsidiyanın məbləği bitkidən və məhsuldarlıqdan asılı olaraq dəyişəcək - YENİ QAYDALAR
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 saat əvvəl
-
8 saat əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
9 saat əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
-
1 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
1 gün əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
1 gün əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Son Xəbərlər
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Ən çox oxunanlar
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!






















