"Turlar ləğv edilir, fəsadları hiss etməyə başlamışıq"
Rusiyanın Nəqliyyat Nazirliyi Gürcüstan aviaşirkətlərinin bu ölkəyə uçuşlarını iyulun 8-dən etibarən müvəqqəti olaraq dayandırdığını bəyan edib. Gürcüstan turizm istiqaməti olaraq ətraf ölkələrin diqqətini daima cəlb edib. Belə ki, turist axınının xeyli qismi Rusiyanın payına düşür. Bununla yanaşı, turizm məqsədilə Azərbaycandan da Gürcüstana böyük axın var.
Cari ilin yanvar-iyun aylarında Gürcüstana səfər edən turistlərin sayı 10% artaraq 2127 142 nəfər təşkil edib. Ötən ay Gürcüstana ən çox Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan vətəndaşları səfər ediblər. Azərbaycandan Gürcüstana gedən turistlərin sayı yanvar-iyun aylarında illik müqayisədə 8,8% artıb.
Rusiyadan Gürcüstana təyyarə uçuşlarına müvvəqəti qadağa qoyulduğu müddətdə Azərbaycan Rusiyadan daha çox turist cəlb etmək üçün nə edə bilər? Azərbaycan eyni zamanda Gürcüstan turizm bazarındakı boşluğu doldurmaq üçün nə kimi dəstək ola bilər? "Report"un araşdırmasında bu sualları cavablandırmağa çalışdıq.
Azərbaycanın bu fürsətdən istifadə etməsinin vacibliyini bildirən Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırovun sözlərinə görə, hazırda digər ölkələr də Rusiyadan turist cəlb etmək istiqamətində çalışırlar.
N.Bağırov bir mühüm məqama da toxunub: “Rusların əksəriyyəti Gürcüstanla birgə Azərbaycanın da daxil olduğu turları seçirdilər. Gürcüstana səfərlər bağlandığı üçün onlar Azərbaycana da gəlmək istəməyəcəklər. Artıq bunun fəsadlarını hiss etməyə başlamışıq. Belə ki, Azərbaycana da səyahətin daxil olduğu birgə turlar ləğv olunub”.
Azərbaycanın Gürcüstana dəstəyi məsələsinə toxunan ekspert qeyd edib ki, Gürcüstana getmək istəyən turistlər Azərbaycan üzərindən ya avtobusla, ya da təyyarə ilə gedə bilərlər: "Bununla bağlı elə Gürcüstanın müvafiq dövlət qurumuna təkliflər gönədərmişik. Təklif ondan ibarətdir ki, Rusiyadan gələn turistlər bir gün Azərbaycanda qalmaqla, daha sonra ya avtobus, yaxud da təyyarə vasitəsilə Gürcüstana yollanırlar. Hazırda Gürcüstan tərəfi Bakıdan avtobusla Gürcüstana gedişhaqqının turistlər üçün tam pulsuz olması ilə bağlı müzakirələr aparır".
Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə isə açıqlamasında bildirib ki, Agentlik Rusiyada Azərbaycan turizmin təbliği istiqamətində işlər aparır: “Rusiya Azərbaycan üçün ən mühüm bazarlardan biridir. Artıq Rusiyada təbliğat işlərini artırmışıq”.
O əlavə edib ki, regionda yaşana biləcək gərginliklər bütün region dövlətlərin turizminə ziyandır: “Düşünmürük ki, Gürcüstana getməyə çətinlik çəkən Rusiya vətəndaşları qısa müddət ərzində istiqamətlərini dəyişib Cənubi Qafqaza üz tutacaqlar. Lakin bir neçə faizlik artım ola bilər”.
BF turizm şirkətinin direktoru Marina Gəncəyeva həm Azərbaycana, həm də Gürcüstana bir neçə günlük səfərləri nəzərdə tutan turların avropalı və rusiyalı turistlər üçün cəlbedici ola biləcəyini dilə gətirib:
“Hazırda əlimizdə həm Azərbaycanı, həm də Gürcüstanı görmək istəyən avropalı turistlərdən çoxlu sorğular var. Eyni sistem Rusiya istiqamətində də tətbiq oluna bilər. Yəni bir neçə gün Azərbaycanda keçirdikdən sonra onları Gürcüstan sərhədinə aparmaq olar, qonşu ölkədə də bir neçə gün qaldıqdan sonra Azərbaycan üzərindən vətənə qayıda bilərlər”.
Gürcüstanlı politoloq Bədri Naçkebiya Azərbaycanın rusiyalı turistləri Gürcüstana yönəltməkdə ciddi rol oynaya biləcəyini irəli sürüb. Rusiya hökumətinin Gürcüstana uçşuşlara qadağa qoymasını "böyük səhv" kimi dəyərləndirən politoloq Gəncə Beynəlxalq Hava Limanının bu məsələdə mühüm əhəmiyyət kəsb etdiyini deyib:
“Gəncəyə gələn rusiyalı turistlər bu gözəl şəhəri və ətraf yerləri gəzib-dolaşdıqdan sonra Gürcüstana yollana bilərdilər. Bunun üçün Gürcüstan-Azərbaycan birgə turist marşrutu hazırlana bilər. Belə bir marşrutu hazırlamaqda Gəncə şəhər rəhbərliyi də iştirak edə bilər”, - deyən gürcü politoloq bunun hər iki tərəf üçün sərfəli olacağı qənaətindədir: “Birgə turist marşrutu hazırlansa, hər iki ölkə qazanar. Gürcüstan və Azərbaycan həm xarici turizm gəlirlərini artırar, həm də qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirər”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























