Bu bank 17 milyon manata yaxın zərər açıqladı
"Bank Melli İran" Bakı filialı 2019-cu ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 16 milyon 905 min manat xalis zərər ilə başa vurub. Filial 2019-cu ilin 1-ci rübünü (yanvar-mart dövrünü) 8 milyon 602 min manat zərər ilə bağlamışdı. Beləliklə, ikinci rübdə də "Bank Melli İran" Bakı filialının zərəri artıb.
"Bank Melli İran" Bakı filialı 2018-ci ilin 1-ci yarısını isə 1 milyon 384 min manat xalis mənfəət ilə bağlamışdı.
“Marja” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, cari ilin birinci yarısındakı zərər aktivlər üzrə ehtiyatların yaradılmasına 18 milyon 124 min manat ayrılması ilə bağlıdır. Ehtiyat, ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılır. "Bank Melli İran" Bakı filialının bağlanmış “Texnikabank”, “Atrabank” və “Royal Bank”da depozitləri qalmışdı.
GƏLİRLƏRİ AZALIB
01.01.2019 - 30.06.2019 dövründə "Bank Melli İran" Bakı filialının faiz gəlirləri 1 milyon 380 min manat, haqq və komissiya gəlirlər isə 74 min manat təşkil edib. 2018-ci ilin eyni dövründə filialın faiz gəlirləri 1 milyon 480 min manat, haqq və komissiya gəlirlər isə 238 min manat təşkil etmişdi.
BANK KİÇİLİB
2018-ci ilin sonu ilə müqayisədə 6 ay ərzində "Bank Melli İran" Bakı filialının cəmi aktivləri 13 milyon 460 min manat və ya 12,2% azalaraq 96 milyon 981 min manata düşüb. Aktivlərin 56 milyon 693 min manatını nağd pul vəsaitləri və digər banklardakı müxbir hesablar, 23 milyon 879 min manatını isə qiymətli kağızlara investisiyalar təşkil edib.
Müştərilərə verilmiş kreditlər isə 3 milyon 577 min manatdan 4 miylon 311 min manata yüksəlib (734 min manat və ya 20,5% artıb).
KAPİTALI "ƏRİYİB"
2019-cu ilin ilk 6 ayının zərəri daxil "Bank Melli İran" Bakı filialının yığılmış zərəri 37 milyon 371 min manata yüksəlib. Bu səbəbdən Bankın cəmi balans kapitalı 70 milyon 671 min manatdan 53 milyon 630 min manata düşüb.
"Bank Melli İran" Bakı filialı Azərbaycanda fəaliyyətə başlayan ilk xarici bankdır
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
















.jpg)





