Azərbaycana dair biznes planını yeniləyəcək
Asiya İnkişaf Bankı (ADB) avqust ayında Azərbaycana dair 2019-2021-ci illəri əhatə edəcək yeni biznes planını təsdiq etməyi nəzərdə tutur.
Bu barədə ADB-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Nəriman Manafbəyov bildirib.
“İyun ayında ADB-nin Azərbaycanla bağlı təsdiq olunmuş yeni strategiyasına uyğun olaraq yenilənən biznes planının qurumdaxili razılaşdırılması artıq başa çatdırılıb”, - deyən nümayəndə hökumətin kredit almağa meylli olmadığı nəzərə alınaraq yeni strategiyada texniki dəstək məsələlərinə üstünlük verildiyini, bunun biznes planında əks olunacağını diqqətə çatdırıb. Həmçinin bankdakı qaydalara əsasən, biznes planının hər il yenilənəcəyi də qeyd olunub.
Biznes planının ADB-nin saytında yerləşdirilən ilkin variantında ölkənin enerji, təhsil, maliyyə, İKT, dövlət idarəçiliyi, şəhər infrastrukturu, xidmət kimi sahələrdəki layihələrə üç il ərzində 815 milyon dollar vəsait ayrıla biləcəyi göstərilir. Həmin layihələr arasında enerji təchizatı sisteminin yenilənməsi (335 milyon dollar) və dövlət idarəçiliyinin daha səmərəli olması üçün islahat (250 milyon dollar) proqramlarının davam etdirilməsinə çox diqqət yetirilir. Həmin müddət ərzində həmçinin 5 milyon dollar məbləğində texniki yardım da nəzərdə tutulur.
Sənəddə həmçinin Azərbaycan hökumətinin regional əməkdaşlıq və inteqrasiya ilə bağlı təşəbbüslərini bundan sonra da dəstəkləyəcəkləri vurğulanır.
Xatırladaq ki, iyun ayının sonunda ADB-nin qəbul etdiyi Azərbaycanla 2019-2023-ci illər ərzində tərəfdaşlıq strategiyasında özəl sektorun inkişafı və dövlət sektorunun daha səmərəli vəziyyətə gətirilməsi, infrastrukturun təkmilləşdirilməsi, insan kapitalının gücləndirilməsi kimi üç başlıca strateji istiqamətə daha çox diqqət ayrılır.
Azərbaycanda maliyyələşdirdikləri layihələrin həyata keçirilməsi məsələsinə toxunan nümayəndəlik rəhbəri bunu müsbət dəyərləndirib:
“Cari layihələrin həftəlik monitorinqi aparılır və son iki il yarım ərzində onların icrasında heç bir problem qeydə alınmayıb”, - ADB nümayəndəsi bildirib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© “Report”
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
4 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
5 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"





















