“AccessBank” son maliyyə vəziyyətini açıqladı, sədri göstəriciləri şərh etdi
İdarə Heyətinin sədri: "AccessBank biznesə hərtərəfli dəstək verməyə davam edəcək"
“AccessBank” 2019-cu ilin birinci yarısına dair maliyyə hesabatını açıqlayıb.
Bankın yaydığı məlumatda deyilir ki, ənənəvi olaraq bankın depozit portfeli artım nümayiş etdirib.
Belə ki, cari ilin əvvəlindən bank sektorunun depozit portfeli 3% artdığı bir vaxtda, AccessBank-ın portfeli 114 milyon 212 min manat və ya 23% artaraq 615 milyon 350 min manata çatıb. Qeyd edək ki, hazırda portfelin həcmi tarixi maksimuma yüksəlib.
İlk yarımillikdə AccessBank-ın gəlirləri 45 milyon 851 min manata çatıb ki, bu da ötən illə müqayisədə 18 milyon 536 min manat artımdan xəbər verir. Hesabat dövrünün sonuna bankın xalis əməliyyat mənfəəti 15 milyon 719 min manat təşkil edib.
Hazırda bankın məcmu kapitalı 76 milyon 685 min manat təşkil edir ki, bu da requlyativ normadan (50 milyon manat) 53.4% çoxdur.
Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı 7.88%, məcmu kapitalın adekvatlıq əmsalı isə 12.45% təşkil edib ki, bu da normanı müvafiq olaraq 57.6% və 24.5% üstələyir.
İyunun sonuna bankın ani likvildik əmsalı 92.86% təşkil edir ki, bu da normadan (30%) təxminən 3.1 dəfə çoxdur.
Maliyyə göstəricilərini şərh edən AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib:
"Biz ölkədə işgüzar aktivliyin bərpa olunmasını müşahidə edirik ki, bu da kreditləşməyə müsbət təsir edir. İlin əvvəlindən AccessBank 215 milyon manatdan artıq biznes kreditləri verib və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 52 milyon manat çoxdur. Biz ölkədə sahibkarlığın inkişafına dəstək verməyə davam edəcəyik. Qeyd edim ki, AccessBank 53%-lik bazar payı ilə mikro kreditlərin verilməsində bazarda liderliyini qoruyur. Bank tərəfindən kreditlərin təxminən 97%-i milli valyutada verilir. Son iki ildə bankın kredit portfeli olduqca keyfiyyətlidir və hazırda gecikmə əmsalı minimal səviyyədədir. Bank Sahibkarlığın İnkişafı Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi ilə uğurlu əməkdaşlıq edir, bu yaxınlarda isə İpoteka və Kredit Zəmanəti Fondu ilə əməkdaşlıq müqaviləsi imzaladıq. Biz müxtəlif biznes seqmentlərinə dəstək verərək bankın inkişaf strategiyasının prioritet istiqamətləri üzrə aktiv fəaliyyətimizi davam etdirəcəyik".
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
2 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
3 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"





















