Vaxt hər gün azalır - yeni nəsil kassaya keçidi "Az Smart" ilə tezləşdirin!
(®) Son dövrlər ölkədə vergilər sahəsində həyata keçirilən islahatlar vergi sistemində inzibatçılığın təkmilləşdirilməsi və sahibkarlığın inkişafı qarşısında da yeni üfüqlər açmaqdadır. Bu istiqamətdə aparılan səmərəli islahatlardan biri də ölkə üzrə aparılan kassa əməliyyatlarının real vaxt rejimində Vergilər Nazirliyinin informasiya bazası ilə əlaqələndirilməsi ilə bağlıdır.
Məlum olduğu kimi, ötən ilin noyabr ayında Vergilər Məcəlləsinə bir sıra dəyişikliklər edilmiş və bu dəyişiklərin sırasında bütün sahibkarlıq subyektlərində mərhələli şəkildə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi də yer almışdır. Vergi informasiya sistemi bazası ilə əlaqəli rejimdə fəaliyyət göstərən yeni nəsil NKA-lar kassa əməliyyatları barədə məlumatların real zaman çərçivəsində Vergilər Nazirliyinin informasiya bazasına ötürülərək sinxronlaşdırılmasını təmin edir, bu da öz növbəsində kassa əməliyyatlarının uçotunun düzgün aparılması və bu sahəyə nəzarətin təkmilləşdirilməsi ilə yanaşı, sahibkarlıq subyektlərinin daha şəffaf fəaliyyətini təmin edəcəkdir.
Yeni nəsil NKA-lara keçid necə baş verəcək?
Qeyd etmək lazımdır ki, sözügedən yeniliyin ölkəmiqyaslı mahiyyəti yeni nəsil NKA-larına keçidin məhz mərhələli şəkildə həyata keçirilməsini şərtləndirmişdir. Bununla bağlı olaraq, Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli “Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki"nin təsdiq edilməsi haqqında Qərar”ında yeni nəsil NKA-ların ölkə üzrə bütün təsərrüfat subyektlərində ümumilikdə dörd mərhələdə tətbiqinin təmin edilməsi əksini tapmışdır. Qrafikə əsasən, yeni nəsil NKA-lara keçidin ilk mərhələsi cari ilin 1 iyul və 1 oktyabr tarixlərinədək olan müddət əhatə edir və bu dövr ərzində ölkədə fəaliyyət göstərən iri ticarət mərkəzləri, şəbəkə sistemli marketlər, yanacaqdoldurma məntəqələrinin yeni nəzarət-kassa aparatları ilə təchizatı prosesi yekunlaşmalıdır. Paralel olaraq, oktyabrın 1-dək davam ikinci mərhələdə ixtisaslaşmış qaydada avtomobil satışını həyata keçirən vergi ödəyicilərinin, şadlıq evlərinin və mebel satışı üzrə ixtisaslaşmış müəssisələrin yeni kassa aparatları ilə təmin olunması başa çatdırılacaq. Üçüncü mərhələdə yeni nəsil NKA-ların ƏDV ödəyicilərinin pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektlərində (obyektləri) quraşdırılması və bu prosesin 2020-ci ilin 1 yanvar tarixinədək bitməsi nəzərdə tutulur. Nəhayət, bütün ölkə üzrə yeni nəsil NKA-lara keçidin 2022-ci ilin dekabrın 31-də tamamilə başa çatması müəyyən olunub ki, bu tarixədək digər pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) bu aparatlarla təchizatını tamamlamalıdır.
Yeni nəsil NKA-lara keçid sahibkarlar üçün hansı üstünlükləri vəd edir?
Yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi ölkədə biznes mühitinin daha da sağlamlaşdırılması və sahibkarlıq fəaliyyətinin keyfiyyətcə yeni müstəviyə qədəm qoyması baxımından olduqca əlamətdar hadisədir. Bu yeniliyin gətirəcəyi faydalardan ən başlıcası həm sahibkarların, həm də dövlətin marağında olan şəffaflıq amilinin artması ilə bağlıdır. Yeni nəsil NKA-lar vasitəsilə aparılan kassa-uçot əməliyyatları barədə məlumatların real zaman rejimində avtomatik olaraq Vergilər Nazirliyinin informasiya sistemlərinə ötürülməsi vergi orqanlarının sahibkarın vəziyyəti barədə davamlı şəkildə məlumatlı olmasını təmin edəcək, bu isə, öz növbəsində, sahibkarların öz fəaliyyətini daha operativ və çevik təşkil etməsinə şərait yaradacaq.
Eyni zamanda, yeni nəsil NKA-ların təqdim etdiyi avtomatlaşdırılmış proqram təminatının köməyilə sahibkarlar daxili uçot sistemlərini səhmana sala və bundan öz fəaliyyətləri daxilində yararlana biləcəklər. Belə ki, yeni kassa aparatları əsas funksiyaları ilə yanaşı biznes subyektlərinə daxili uçot və hesabatlılığı daha keyfiyyətli, avtomatlaşdırılmış müstəvidə təşkil etmək imkanı verir. Artıq biznes sahibləri istənilən vaxt cari vəziyyətlə tanış olmaq üçün bu proqram təminatının köməyilə özlərinə lazım olan daxili hesabatları operativ qaydada generasiya edə və tanış ola biləcəklər. Bu, eyni zamanda daxili anbar uçotunun aparılmasına da müsbət təsir edəcək – yeni nəsil NKA operatorunun təqdim etdiyi əlavə imkanlardan istifadə etməklə sahibkarlar avtomatlaşdırılmış proqram təminatının və bir-biri ilə inteqrasiya edilmiş daxili sistemlərin (ERP sistemin) sayəsində istənilən an anbarda qalan mal və məhsullar üzrə dəqiq məlumatı görə biləcəklər. Bu cür imkanlar biznes subyektlərinə öz fəaliyyətlərini daha rasional və səmərəli şəkildə təşkil etməkdə yardımçı olacaq.
Yeni nəsil NKA-ların tətbiqi sahəsində “AZ Smart” təcrübəsi
Ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi üzrə fəaliyyət göstərən qabaqcıl fiskal həll təminatçılarından biri də “AZ Smart” şirkətidir. Yeni nəsil NKA operatoru kimi rəsmi qeydiyyatdan keçmiş şirkətlərdən biri olaraq “Az Smart” şirkəti hazırda iki növ kassa aparatını sifarişçilərə təqdim edir – bunlar yalnız nəğd ödənişlər üçün nəzərdə tutulan “AZ Smart Mobile” kassaları və həm nəğd, həm də ekvayrinq (bank kartı) üsulu ilə ödəniş qəbul edən “AZ Smart Bank” kassa aparatlarıdır. Təyinatından göründüyü kimi, hər iki kassa aparatının özünəməxsus istifadəçi auditoriyası var və bu baxımdan “AZ Smart” şirkətinin təqdim etdiyi NKA-lar bazarda çevikliyinə görə özünəməxsus yer tutur.
“AZ Smart” şirkətinin təqdim etdiyi yeni nəsil nəzarət-kassa aparatları onları bazarda mövcud olan analoqlarından üstün mövqeyə çıxaran bir sıra üstünlüklərə malikdir. Bunlardan ən başlıcası bu NKA-ların operatoru olan “AZ Smart” şirkətinin istifadə etdiyi biznes-modelin effektivliyidir – belə ki, şirkət əməkdaşlıq etdiyi əcnəbi NKA istehsalçısı ilə qurduğu səmərəli işgüzar münasibətləri sayəsində yerli bazarda müştərilərinə daha çevik və onların ehtiyaclarına uyğun xidmət göstərmək imkanına malikdir. Belə ki, yerli bazarda “AZ Smart” brendi altında təşviq edilən nəzarət-kassa aparatları məhz sifarişçinin istək və ehtiyaclarına çevik şəkildə uyğunlaşdırıla və təhvil verilə bilir.
Bundan əlavə əminliklə demək olar ki, “AZ Smart” şirkətinin nəzarət-kassa aparatları həm texniki-proqram xüsusiyyətlərinə, həm də bundan irəli gələn istifadəçi rahatlığına görə də rəqabətdə önə çıxır. Geniş imkanlar təqdim edən Android əməliyyat sistemi üzərində işləməsi, avtomatlaşdırılmış ERP sistemlərini inteqrasiya etməyə və daxili anbar uçotunu təkmilləşdirməyə imkan verən proqram təminatının mövcudluğu, fasiləsiz rejimdə fəaliyyət göstərən çağrı mərkəzi və texniki dəstək xidməti, eləcə də hər miqyasda biznesin ehtiyaclarına uyğun təyin edilmiş qiymət siyasəti “AZ Smart” yeni nəsil NKA-larını səciyyələndirən üstünlüklərdəndir. Beləliklə, “AZ Smart” şirkətinin nəzarət-kassa aparatlarından istifadə edən sahibkarlar öz bizneslərinin qabaqcıl fiskal həllər əsasında fəaliyyət göstərməsindən əmin ola və təcrübədə bunun verdiyi üstünlüklərdən rahatlıqla faydalana bilərlər.
“AZ Smart” şirkəti haqqında:
“AZ Smart” şirkəti fiskal həllər və biznes proseslərinin avtomatlaşdırılması sahələrində çalışan qabaqcıl xidmət təminatçısıdır. Azərbaycanda əhəmiyyətli layihələrin icrasında yaxından iştirak edən şirkət Avropa və MDB məkanında da zəngin iş təcrübəsinə malikdir. 2019-cu ildə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) operatoru qismində rəsmi qeydiyyata alınmış “AZ Smart” şirkəti hazırda “AZ Smart” brendi altında yeni nəsil NKA-ların ölkədə təşviqi sahəsində fəaliyyət göstərir.
Şirkət haqqında daha ətraflı məlumatla www.azsmart.az veb-saytında tanış olmaq mümkündür.
Ünvan: Bakı, İzmir küç. 23
Telefon: 050 598 17 78
E-poçt: [email protected]
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
11 saat əvvəl
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
1 gün əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
1 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
1 gün əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi





















