Azərbaycanın valyuta bazarında aparılmış əməliyyatların həcmi azalıb
2019-cu ilin I yarısında valyuta bazarında tələb-təklif nisbəti və manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansındakı meyillərə uyğun formalaşmışdır.
“Marja” xəbər verir ki, bu, Mərkəzi Bankın 2019-cu ilin 1-ci yarısı üzrə Pul Siyasəti İcmalında qeyd bildirilir.
İcmalda qeyd edilir ki, iqtisadi subyektlərin xarici iqtisadi əməliyyatlarının dinamikası cari ildə də valyuta bazarında əməliyyatların həcmi müəyyənləşdirən başlıca amil olmuşdur.
I yarımillikdə qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların həcmi 12.1 mlrd. ABŞ dollar ekvivalentində 2 olmuşdur. Dövr ərzində qeyri-nağd valyuta bazarında əməliyyatların 81.4%-i ABŞ dollarında, 18.6%-i digər valyutalarda aparılmışdır.
(Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 1-ci yarısında qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların həcmi 14.4 mlrd. ABŞ dollar ekvivalentində olmuşdu)
Qeyri-nağd valyuta əməliyyatlarının 34.4%-i banklararası valyuta bazarında (BVB), 65.6%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılmışdır.
Hesabat dövründə BVB-də əməliyyatların 94%-i ABŞ dollarında, 2 ABŞ dolları, Avro, İngilis funt sterlinqi, Rus rublu ilə əməliyyatlar daxil olmaqla 5%-i Avroda, 1%-i isə digər valyutalarda aparılmışdır. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşmışdır.
BDVB-də valyuta əməliyyatlarının həcmi 8 mlrd. dollar ekvivalentində olmuşdur ki, bunun da 75%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil etmişdir. BDVB-də valyuta əməliyyatlarının 91.1%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatların payına düşür.
(Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 1-ci yarısında BDVB-də valyuta əməliyyatlarının həcmi 7.3 mlrd. dollar ekvivalentində olmuşdu).
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi hesabat dövründə 2.7 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 2.1 mlrd. dollarını və ya 77.8%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir.
(Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 1-ci yarısında banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 3.2 mlrd. ABŞ dolları ekvivalentində olmuşdu. Bunun 2.5 mlrd. dollarını və ya 78%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdi.)
Dövr ərzində Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının həyata keçirilməsi üzrə hərracların təşkili davam etdirilmişdir. Valyuta hərracları həftədə iki dəfə keçirilmiş, hər bir hərracın parametrləri haqqında məlumatlar hərrac başlamazdan əvvəl “Bloomberg” terminalı vasitəsilə bazar iştirakçılarına elan edilmişdir. 2019-cu ilin 6 ayında Mərkəzi Bankda ümumilikdə 50 valyuta hərracı keçirilmişdir.
Cari ilin 6 ayında da manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Bloomberg” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilmişdir.
Dövr ərzində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil etmişdir. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri dəyişkənlik nümayiş etdirsə də rəsmi məzənnəyə yaxın olmuşdur. 6 ay ərzində kommersiya banklarının orta günlük alış məzənnəsi 1.6976, satış məzənnəsi isə 1.7020 manat təşkil etmişdir. Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış məzənnəsi arasında fərq 0.1% (0.0024 manat), satış məzənnəsi ilə isə 0.1% (0.002 manat) olmuşdur.
Dövr ərzində manat türk lirəsinə qarşı 9.2%, avroya qarşı 0.8%, gürcü larisinə qarşı 7.3% bahalaşmışdır.
Eyni zamanda milli valyuta Ukrayna qrivnasına qarşı 5.1%, Rusiya rubluna qarşı 8.9%, yapon yeninə qarşı 2.7% ucuzlaşmışdır.
İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir. 6 ayda manatın qeyrineft ümumi ticarət çəkili nominal məzənnəsi 0.7% bahalaşmış, real effektiv məzənnəsi isə 1.2% ucuzlaşmışdır. Real effektiv məzənnənin ucuzlaşması Azərbaycanda inflyasiyanın ticarət tərəfdaşı olan ölkələr ürə orta inflyasiyadan əhəmiyyətli az olması ilə izah edilir.
Qeyd edək ki, 2014-cü ilin sonundan bəri REM 33% ucuzlaşmışdır ki, bu da qeyri neft-qaz sektorunun rəqabət qabiliyyətini dəstəkləyən amildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
8 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
9 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
9 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 10 saat əvvəl
-
10 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir






















