Səudiyyə Ərəbistanı: Neft hasilatının azaldılması müqaviləsi uzadıla bilər
Səudiyyə Ərəbistanının energetika naziri Xalid Al-Falih, OPEC və müttəfiqlərinin, qlobal xam neft ehtiyatlarının yüksək qalmaqda davam etməsi vəziyyətində, İyunda başa çatacaq istehsalın azaldılması müqaviləsinin uzadıla biləcəyini deyib.
"Marja" xəbər verir ki, Al-Falih, Vaşinqtonda "Bloomberg News"a verdiyi açıqlamada, "İstehsalın azaldılması razılaşmasının müddəti, əgər ehtiyatlar beş ilin ortalamasının üzərində qalarsa, bazarlar hələ də etimad göstərməsələr, şirkətlər və investorların qlobal neft sənayesinin sağlamlığı məsələsində yaxşı hiss etdiklərini görməsək, uzadılacaqdır" deyib və "Onlara neft sənayesini yenidən sağlam vəziyyətə gətirənə qədər nə lazımdırsa edəcəyimizin siqnalını vermək istəyirik" şəklində fikir bildirib.
Bu ilin İyun ayının sonuna kimi davam edəcək istehsalın azaldılması razılaşması bütün dünyada neft ixracatçısı ölkələrin iqtisadiyyatlarını sarsıdan qiymətlərdəki kəskin azalmanın qarşısını almağı hədəfləyir. Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) 25 Mayda topalanaraq, istehsalın azaldılmasının davam etdirib-etdirməməyə qərar verəcəkdir. Al-Falih, bu strategiyanın qlobal bazarlara yaxşı təsir etdiyini və əsas göstəricilərin yaxşılaşdığını sözlərinə əlavə edib.
NEFT QİYMƏTLƏRİ YÜKSƏLİB
Neft qiymətləri, Səudiyyə Ərəbistanının istehsalın azaldılması müqaviləsinin uzadıla biləcəyini qeyd etməsinin ardından yüksəlib.
Qərbi Texas nefti (WTI) Nymex birjasında 14 sent yüksələrək bareli 48.89 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 10 sent yüksələrək bareli 51.84 dollara qalxıb.
Qeyd edək ki, ötən həftə ABŞ-da neft ehtiyatları da azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 7 d. əvvəl
-
- 27 d. əvvəl
- 43 d. əvvəl
-
44 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
55 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Bank sektorunda təmərküzləşmə azalıb
Ən çox oxunanlar
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol















.jpg)







