Kreditlər manatda artıb, xarici valyutada azalıb
Kredit təşkilatlarının cəmi kredit qoyuluşları 2018-ci ilin sonu ilə müqayisədə 2019-cu ilin 7 ayı ərzində 661,1 milyon manat, İyun ayı ilə müqayisədə İyul ayında isə 198,8 milyon manat artaraq 1 Avqust 2019-cu il tarixində 13 milyard 681.4 milyon manata çatıb.
“Marja” Mərkəzi Bankın “Kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşları” adlı statistikasına istinadən xəbər verir ki, kredit təşkilatlarının 13 milyard 681.4 milyon manatlıq kredit qoyuluşlarının 8 milyard 944.1 milyon manatını və ya 65,4%-ni manat kreditləri (milli valyutada kreditlər), 4 milyard 737.3 milyon manatını və ya 34,6%-ni xarici valyuta kreditləri təşkil edib. Qeyd edək ki, 2016-cı ilin yanvarında dollar kreditləri 11 milyard manatdan çox idi.
Milli valyutada kreditlərin 5,5%-nin və ya 755.4 milyon manatının, xarici valyutada kreditlərin isə 15,5%-nin və ya 732 milyon manatının ödəmə vaxtı keçib (problemli kreditlərdir).
2018-ci ilin sonu ilə müqayisədə cari ilin 7 ayı ərzində Manat kreditləri 870,6 milyon manat artıb, xarici valyutada kreditlər isə 209,4 milyon manat azalıb.
İyun ayı ilə müqayisədə İyul ayında isə Manat kreditləri 226 milyon manat artıb, xarici valyutada kreditlər isə 27,2 milyon manat azalıb.
HƏMÇİNİN OXU: Əhali yenidən banklara borcunu artırır - 600 MİLYONDAN ÇOX ARTIB
Milli valyutadakı kreditlərin 16,9%-i və ya 1 milyard 508.4 milyon manatı qısamüddətli, 83,1%-i və ya 7 milyard 435.7 milyon manatı uzunmüddətli kreditlərdən ibarət olub.
Xarici valyutada kreditlərin isə 22,4%-ni və ya 1 milyard 60.3 milyon manatını qısamüddətli, 77,6%-ni və ya 3 milyard 677 milyon manatını uzunmüddətli kreditlər təşkil edib.
Vaktı keçmiş kreditlərin böyük hissəsi uzunmüddətli kreditlər ilə bağlıdır.
Qeyd edək ki, fiziki şəxslərin banklarda xarici valyutada 4 milyard 835 milyon manat əmanətləri var. Bu xarici valyutadakı əmanətlərin 3 milyard 14 milyon manatı müddətli əmanətlərdir. Kredit təşkilatlarının xarici valyutada kredit qoyuluşları (4 milyard 737.3 milyon manat) xarici valyutadakı əmanətlərdən azdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 51 d. əvvəl
-
-
59 d. əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
1 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
1 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
2 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın






.jpg)
.jpg)
















