"Bank BTB" Rəqamsal Marketinq mütəxəssisini işə dəvət edir
(®) "Bank BTB" Marketinq departamentinin Reklam və İctimaiyyətlə Əlaqələr şöbəsinə Rəqamsal Marketinq mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
Namizədə tələblər:
- Ali təhsil (biznes və marketinq istiqamətli);
- Rəqəmsal marketinq üzrə 2 il və daha artıq iş təcrübəsi;
- Sosial media, Google Ads, SEO üzrə biliklər
- Yaradıcı və analitik düşünmə qabiliyyəti;
- Yüksək ünsiyyətqurma və yazı bacarığı;
- Azərbaycan dili, rus dili və orta səviyyədə ingilis dili bacarığı;
- Qrafik dizayn proqramlarından (Photoshop və Coreldraw) istifadə etmək bacarığı arzu olunandır (üstünlük veriləcək);
- MS Office proqramlarında işləmə bacarığı;
İş barədə məlumat:
- Bankın sosial şəbəkədəki səhifələrinin kontent planını hazırlaması və yerləşdirilməsi;
- Məhsul və xidmətlərin təşviqi üçün maraqlı kontentin hazırlanması və yerləşdirilməsi (brend çərçivəsində);
- Bankın rəqəmsal platformada fəaliyyətinin effektivliyinin təhlili və hesabatı;
- Müxtəlif onlayn kanallar vasitəsilə Bankın reklam fəaliyyətinin icrası;
- Sosial mediada paylaşılacaq vizualların dizayn edilməsinə dəstək olmaq;
- Korporativ saytın admin panelinin idarə olunması və ümumi nəzarətin təşkili;
- Şirkətin müxtəlif digital kanallar vasitəsilə reklam kampaniyalarını idarə etmək;
- Axtarış platformalarının optimizasiyası ilə məşğul olmaq;
- Səhifələri daima nəzarət altında saxlamaq;
- Kopirayter və sosial media işi ilə bağlı müasir texnologiyalara bələdlik, yeni trendlərdən xəbərdar olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 Oktyabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Rəqamsal Marketinq mütəxəssisi ) göstərməyiniz xahiş olunur.
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 1 gün sonra
- 22 saat sonra
-
36 d. sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 18 d. əvvəl
- 21 d. əvvəl
-
31 d. əvvəl
“MJ Financial Services BOKT”ın səhmlərini 2 investor əldə etdi - KAPİTALI KƏSKİN ARTIR
-
33 d. əvvəl
"ABB Invest" Qusarda keçirilmiş “İnvestisiya Səyahəti” tədbirində iştirak edib
-
1 saat əvvəl
"Rabitəbank"da yığıncaq keçiriləcək, törəmə şirkətinin rəhbərliyinin tərkibi təsdiq ediləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Prezident 41,7 milyard manantlıq büdcəni təsdiqlədi
“MJ Financial Services BOKT”ın səhmlərini 2 investor əldə etdi - KAPİTALI KƏSKİN ARTIR
"Rabitəbank"da yığıncaq keçiriləcək, törəmə şirkətinin rəhbərliyinin tərkibi təsdiq ediləcək
Şaxta Baba da Bank Respublika-dan hədiyyə qazanmağa tələsir
Ən çox oxunanlar
“Bakı Ağ Şəhər”də asma piyada körpüsü açıldı
“Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR
Mis qiymətləri yüksəlməkdə davam edir
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda Mudaraba və Murabaha məhsulları sınaqdan keçiriləcək
İri mağazalar şəbəkəsinin dekabra 2 filailı açılıb
Tramp: “Razılaşmaya heç vaxt olmadığı qədər yaxınlaşdıq”


















