“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Avronun dünya birjalarında qiyməti 1.0849$-a kimi bahalaşaraq cari ilin maksimum səviyyəsini yeniləyib. Beləliklə, EUR/USD məzənnəsi 1.0830$-ın üzərində möhkəmlənərsə, 1.0930$ və 1.1072$-a kimi də bahalaşa bilər. Eyni zamanda, bu həftə cütlüyün qiymətinə güclü təsir edə biləcək, çərşənbə axşamı FED sədri Janet Yellenin çıxışı, cümə axşamı Amerikanın 2016-ci il üzrə yekun iqtisadi inkişaf və cümə günü Avrozonanın mart ayı üzrə inflyasiya səviyyələrinin açıqlanması investorlar tərəfindən böyük maraqla gözlənilir.
GBP
Keçən həftə Böyük Britaniya funt sterlinqinin əlavə olaraq 1.25$-a kimi bahalaşdığının şahidi olduq. Lakin GBP/USD məzənnəsinin yenidən 1.2268$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Bu həftə isə maliyyə bazarlarında Böyük Britaniyanın Avropa Birliyindən ayrılması ərizəsinin təqdim edilməsi və 2016-ci il üzrə iqtisadi inkişaf səviyyəsinin yekun açıqlanması diqqət mərkəzində olacaqdır.
TRY
Türkiyə maliyyə bazarlarında da Türk lirəsi əlavə olaraq 3.59TL-ə kimi bahalaşıb və qiymət bu səviyyənin altında qalarsa, 3.58TL-ə kimi də bahalaşa bilər. Bununla yanaşı, cümə günü Türkiyənin 2016-ci il üzrə iqtisadi inkişaf səviyyəsinin yayımlanmasının da qiymətə təsir edə biləcəyi gözlənilir.
OIL
Enerji bazarlarında Avropanın Brent neftinin qiyməti keçən həftə 50$-a kimi ucuzlaşıb. Buna səbəb isə neft istehsal edən ölkələrin dünya bazarlarında neft istehsalının azaldılması qərarının cari ilin sonuna kimi uzadılması danışıqlarıdır. Qiymətin texniki mənzərəsi üzrə təhlillər isə onu göstərir ki, qiymət 50$-ın üzərində möhkəmlənərsə, yenidən 52$ və 53$-a kimi dəyər qazana bilər.
GOLD
Əlvan metallar bazarında isə qızılın qiyməti keçən həftə gözlənildiyi kimi mart ayının maksimum səviyyəsinə kimi bahalaşıb. Lakin bu həftə qiymətin yenidən ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Belə ki, qiymət 1242$ (39.9 $/qram) və 1232$-a (39.5 $/qram) kimi ucuzlaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 16 saat sonra
- 14 saat sonra
- 55 d. əvvəl
-
-
4 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
4 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
-
4 saat əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Şuşa Bank və Sığorta Binası tikilib
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO
Dekabrın 29-da gözlənilən hava şəraiti - XƏBƏRDARLIQ
"Xalq Bank"ın istiqrazlarına 72 investordan 72 sifariş






















