Kənd Təsərrüfatı Nazirliyi dronlar alır - MÜQAVİLƏ BAĞLADI
Kənd Təsərrüfatı Nazirliyi dronların satın alınmasına dair "İdrak Texnoloji Transfer" MMC ilə müqavilə imzalayıb.
Müqavilənin dəyəri 333,2 min manat (cari məzənnə ilə 196 min dollar) təşkil edir. Alınan pilotsuz uçan aparatların sayı barədə məlumat verilməyib.
Alınacaq avadanlığın spesifikasiyası aşağıdakılardır: dronlar çiləyici ilə, video müşahidə rejimi və çəkilmiş media faylların digər avadanlıqlara köçürülməsi üçün lazımı portlar və proqram təminatı ilə təmin edilməlidir. Çiləyici minimum 10 - 11 litr və minimum 23 kq çəki ekvivalentində yükgötürmə qabiliyyətinə malik olmalı və istənilən gübrə, herbisid, mineral və digər kimyəvi maddələri daşımaq və çiləmək imkanı olmalıdır.
Çiləyici rejimində uçuş müddəti 13 kq-dan az olmayan yüklə 20 dəqiqədən, 23 kq-dan az olmayan yüklə 10 dəqiqədən az olmamalıdır. Dron GPS+GLONASS və RTK (Real Time Kinematics) naviqasiya sistemlərində işləyə bilməlidir. İdarəetmə nöqtəsi ilə dronun işlədiyi ərazi arasında məsafə 4 kilometrdən az olmamalıdır.
Bundan başqa, dron, maneələrdən qorunmaq üçün radar və üst, alt, qabaq və arxa maneə sensorlarına malik olmalıdır və toqquşmadan qorunmaq üçün qabaqlayıcı proqram təminatı ilə təchiz olunmalıdır.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© "İnterfaks-Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)










.jpg)




