“Leş əti satanlara sertifikat verilir” iddialarına AQTA-dan reaksiya
Bir sıra sosial şəbəkə səhifələrində leş əti satan və ya qanunsuz fəaliyyət göstərən hansısa müəssisənin məhsullarına Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “sertifikat”ların verilməsi ilə bağlı məlumatlar yayılmaqdadır.
AQTA-nın Mətbuat Xidmətinin məlumatında bildirilir ki, həmin məlumatlar reallığı əks etdirmir, əsassızdır:
“Həqiqəti əks etdirməyən, insanlar arasında təşviş və çaşqınlıq yaradan bu cür böhtan xarakterli məlumatlar son illər əhalinin təhlükəsiz qida ilə təmin olunması istiqamətində hüquq-mühafizə orqanları və digər aidiyyəti qurumlarla birgə görülən irimiqyaslı işlərə, ortaya qoyulan nəticələrə kölgə salmaq məqsədi daşıyır.
Qeyd edək ki, AQTA fəaliyyətə başladığı gündən etibarən qida məhsullarının dövlət gigiyena qeydiyyatına alınaraq sertifikatlaşdırılması proseduru qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı ilə əvəz olunmuşdur. Bu, bir daha hansısa heyvan kəsimi və ictimai iaşə müəssisəsində emal olunan qida məshullarına AQTA tərəfindən sertifikatın verilməsi ilə bağlı yayılan xəbərin absurd və əsassız olduğunu sübut edir.
Məlum olduğu kimi 1 iyul 2018-ci il tarixindən etibarən AQTA tərəfindən qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatı həyata keçirilir və onlara reyestrdən çıxarışlar təqdim olunur. Eyni zamanda həmin sahibkarlıq subyektlərinin fəaliyyət istiqamətinə uyğun risk dərəcələri müəyyənləşdirilir və buna görə dövri olaraq nəzarət tədbirləri həyata keçirilir. Nəzarət tədbirləri zamanı həmin müəssisələrdə AQTA mütəxəssisləri tərəfindən qanunsuz hallar aşkar olunduqda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür. Yəni qida təhlükəsizliyi qeydiyyatından keçmiş istənilən sahibkarlıq subyektinin gələcəkdə hər hansı qanunsuz əməllərlə məşğul olmayacağı üçün bu bir əsas deyil və elə buna görə də həmin sahibkarlıq subyektlərində dövri olaraq yoxlama-nəzarət tədbirləri həyata keçirilir.
Məlumat üçün bildiririk ki, Agentlik fəaliyyətə başladığı ilk gündən etibarən qanunsuz heyvan kəsimi fəaliyyəti və mənşəyi məlum olmayan ətlərin dövriyyədən çıxarılması istiqamətində mütəmadi nəzarət tədbirləri, reydlər həyata keçirir və bu cür qanunsuz fəaliyyətlərə qarşı qətiyyətli mübarizə bundan sonra da davam etdiriləcək. Təkcə onu deyə bilərik ki, AQTA əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində 2019-cu ilin yanvar-sentyabr ayları ərzində insan sağlamlığı üçün təhlükə yaradan 90 ton 294,649 kq ət və ət məhsulları dövriyyədən çıxarılaraq məhv edilib, bu kimi qanunsuz fəaliyyətlə məşğul olan onlarla şəxs haqqında məlumatlar hüquq-mühafizə orqanlarına təqdim olunmuşdur.
Xüsusi ilə qeyd etmək lazımdır ki, son günlər ictimaiyyət tərəfindən geniş maraq və nifrət doğuran “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov və onun cinayətkar dəstəsi də elə həmin məlumatların hüquq-mühafizə orqanlarına ötürülməsi və birgə keçirilən tədbirlər nəticəsində ifşa edilmişdir.
Agentlik bir daha bəyan edir ki, dövlət orqanının fəaliyyətinə dair rəsmi mövqeyə və faktlara əsaslanmayan, böhtan xarakterli, bu cür sifarişli məlumatların yayımlanması görülən əsaslı işlərə kölgə salmaq, insanlar arasında təşviş, eləcə də çaşqınlıq yaratmaq məqsədi daşıyır və qətiyyən yolverilməzdir”.
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 12 saat sonra
- 10 saat sonra
- 4 saat əvvəl
-
-
7 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
7 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
-
8 saat əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
- 8 saat əvvəl
-
9 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Şuşa Bank və Sığorta Binası tikilib
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO
Dekabrın 29-da gözlənilən hava şəraiti - XƏBƏRDARLIQ
"Xalq Bank"ın istiqrazlarına 72 investordan 72 sifariş





















