34 ay sonra yenidən 6 milyard manatı aşıb
Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlərin (əsasən istehlak kreditləri) cəmi məbləği yenidən 6 milyard manat səviyyəsini keçib. Ev təsərrüfatlarına verilən kreditlər sonuncu dəfə 2016-cı ilin Sentyabr ayında 6 milyad manatdan çox olmuşdu. Növbəti aylarda ev təsərrüfatlarına verilən kreditlər azalmış və 2018-ci ilin Yanvar ayında 4 milyard 523 milyon manatadək düşmüşdü. 2018-ci ilin əvvəlindən yenidən artım bərpa olunub və 2019-cu ildə daha da sürətlənib.
“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 31 Avqust 2019-cu il tarixində ev təsərrüfatlarına verilən kreditlər 6 milyard 92 milyon manat təşkil edib. Ev təsərrüfatlarına verilən kreditlər İyul ayı ilə müqayisədə Avqustda 154 milyon manat, 2018-ci ilin sonu ilə müqayisədə 772 milyon manat artıb.
Avqust ayında cəmi kredit qoyuluşlarının 44%-i ev təsərrüfatlarına verilən kreditlərdən ibarət olub. 2018-ci ilin sonunda bu nisbət 41% idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
15 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 16 saat əvvəl
-
17 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























