İlham Əliyev: "Pestisid istehsalı zavodu yaradılmalıdır"
“Ölkəmizdə pestisid istehsalı zavodunun yaradılması da çox vacibdir. Biz pestisidləri xaricdən alırıq. Valyutanı xaricə xərcləməmək üçün biz bunu daxildə təşkil edə bilərik”.
“Marja” xəbər verir ki, bunu Saatlı rayonunda keçirilmiş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
“Bildiyiniz kimi, ölkəmizdə böyük gübrə zavodu tikilir. Gələn il fəaliyyətə başlayacaq və biz özümüzü azot gübrələri ilə tam təmin edəcəyik, eyni zamanda, xaricə də ixrac edəcəyik. Pestisid istehsalı zavodunun yaradılması da zəruridir”,- Dövlətimizin başçısı deyib.
“BİZ VAXT İTİRMƏMƏLİYİK”
Azərbaycan Prezidenti deyib ki, tezliklə yeni pambıqtəmizləmə zavodları da tikilib istifadəyə verilməlidir:
“Mən artıq bu barədə keçən müşavirədə də demişəm, bir daha demək istəyirəm ki, bir neçə ildən sonra bizə yeni pambıqtəmizləmə zavodları lazım olacaq. Burada deyildi ki, İmişlidə yeni bir zavodun tikintisi nəzərdə tutulur. Ancaq biz zavodların tikintisini pambığın proqnozlaşdırılan tədarükü ilə uzlaşdırmalıyıq. Mənə verilən məlumata görə, bizdə hazırda cəmi 22 zavod fəaliyyət göstərir və o zavodların emal gücü 400 min tondur. Sovet vaxtında isə zavodların emal gücü 900 min ton idi. O zavodların bir çoxu artıq fəaliyyətsizdir, 22 zavod fəaliyyətdədir. Əgər pambıqçılığı götürdüyümüz sürətlə inkişaf etdirsək, biz təqribən bir-iki ilə 400 min tona çatacağıq. Ona görə indidən bütün işlər görülməlidir. İqtisadiyyat Nazirliyi, Sahibkarlığa Kömək Milli Fondu, Kənd Təsərrüfatı Nazirliyi, özəl qurumlar, işləyin və mənə məlumat verin. Biz vaxt itirməməliyik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 21 saat sonra
-
- 9 d. əvvəl
- 21 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
Ən çox oxunanlar
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"


























