Azərbaycan şirkəti Türkiyədə 100 milyon dollarlıq müqavilə imzaladı
Oktyabrın 17-də İstanbulda SOCAR AQŞ ilə “China CAMC Engineering Co., Ltd. - IC İçtaş İnşaat Sanayi ve Ticaret A.Ş.” birgə müəssisəsi arasında “Duz gölü yeraltı qaz anbarlarının genişləndirilməsi” layihəsi çərçivəsində müqavilə imzalanıb.
Müqaviləyə əsasən, SOCAR AQŞ Duz gölü ərazisində 40 quyunu qazaraq sifarişçiyə təhvil verəcək.
Nəzərdə tutulan müqavilənin dəyəri 100 milyon ABŞ dolları civarındadır.
“China CAMC Engineering Co., Ltd. - IC İçtaş İnşaat Sanayi ve Ticaret A.Ş.” birgə müəssisəsinin baş direktoru Mehmet Murat Kurtuluş bildirib:
“Bu layihə iki şirkət və nəticədə Azərbaycanla Türkiyə arasında əməkdaşlığın yeni vüsət almasına, dərinləşməsinə təkan verəcək. “Duz gölü yeraltı qaz anbarlarının genişləndirilməsi” layihəsi Türkiyənin “mavi yanacağa” olan tələbatının davamlı təminatı baxımından müstəsna əhəmiyyətə malikdir. Bu missiyanın uğurla həyata keçirilməsində SOCAR AQŞ-nin də böyük rolu olacaq”.
SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev deyib:
“SOCAR AQŞ ölkəmizdən məhsul və xidmətlərin ixracının artırılmasında dövlət siyasətimizə uyğun olaraq, qazma sahəsində xidmətlərin göstərilməsi istiqamətində regionda nəhəng tenderlərdə uğurla iştirak edir. Bugünkü müqavilənin imzalanmasına nail olmağımız çox qürurvericidir. Biz, qardaş Türkiyə dövlətinin enerji təhlükəsizliyinin başlıca sahələrindən biri hesab edilən yeraltı qaz anbarlarının tikintisində iştirakımızı yüksək qiymətləndirir və bu istiqamətdə gələcək əməkdaşlığımızı genişləndirmək niyyətindəyik”.
Layihə çərçivəsində qazılacaq quyularda 4 milyard kubmetr təbii qazın ehtiyatda saxlanılması nəzərdə tutulur.
Türkiyədə quruda qazma bazarında özünə layiqli yer tutan ilk milli müəssisə olan SOCAR AQŞ Azərbaycan qazma sahəsinin 150 ildən çox zəngin tarixinə söykənərək bu layihənin icrası zamanı gənc türk mütəxəssislərinin bilik və bacarıqlarının artırılmasına da öz töhfəsini verəcək.
Qeyd edək ki, SOCAR AQŞ 2007-ci ildə SOCAR və Abşeron Qazma Şirkətinin şirkətinin təsis etdiyi, kompleks qazma və quyu xidmətləri göstərən müştərək müəssisədir. Şirkətin göstərdiyi xidmət sahəsinə neft və qaz quyuların qazılması, quyuların layihələndirilməsi və planlaşdırılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin və çoxşaxəli quyuların qazılması kimi fəaliyyətlər daxildir. Bundan başqa, şirkət təchizat sistemlərinin, anbar təsərrüfatının və digər əlaqəli xidmətlərin idarə olunması sahəsində də zəngin təcrübəyə malikdir.
Hazırda SOCAR AQŞ Xəzərdə 4 neft və qaz yatağında, o cümlədən dayazsulu “Günəşli”, “Qərbi Abşeron”, “Ümid” və “Bulla” yataqlarında mövcud olan 5 platformada 6 qazma qurğusu vasitəsilə qazma işlərini aparır. Şirkətdə 1112 əməkdaş çalışır, onların da tam əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. SOCAR AQŞ Ukrayna və Banqladeşdə də fəaliyyət coğrafiyasını genişləndirməklə müvafiq müqavilələr üzrə nəzərdə tutulan işlərin icrasını uğurla həyata keçirir.
2009-cu ildən etibarən şirkət Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının (International Association of Drilling Contractors - IADC) üzvüdür. SOCAR AQŞ inteqrə olunmuş qazma və quyu xidmətlərinin göstərilməsi sahəsində API Spec Q2- Keyfiyyət İdarəetmə Sisteminin standartının tələblərinə uyğun sertifikat ilə təltif olunub. SOCAR AQŞ regionda API Spec Q2 sertifikatı ilə təltif olunmuş ilk və yeganə qazma müəssisəsidir.
SOCAR AQŞ ötən ilin noyabrında BMT Qlobal Sazişinə qoşulub.
SOCAR AQŞ-nin səhmdarları SOCAR, “Nobel Oil Services” və “Abşeron Qazma” MMC-dir.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
8 d. əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
-
1 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 1 saat əvvəl
-
2 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
Ən çox oxunanlar
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var






















