Avropa Mərkəzi Bankı da faiz qərarını açıqlayıb
Avropa Mərkəzi Bankı (AMB) gözlənildiyi kimi faiz nisbətlərində dəyişikliyə getmədi.
"Marja" xəbər verir ki, depozit faizi mənfi 0.5%-də, pul siyasəti faizi 0%-də, gecəlik maliyyələşmə faizi 0.25%-də saxlanılıb.
Mərkəz Bank açıqlamasında qeyd edib ki, inflyasiya hədəfə (2%) çata qədər faiz nisbətləri bu səviyyələrdə və ya daha aşağı səviyyələrdə qalacaq.
Bank sentyabr ayında depozit faizini mənfi 0.4%-dən mənfi 0.5%-ə endirmiş, istiqraz alışına yenidən başlayacağını açıqlamışdı.
Avropa Mərkəzi Bankının sədri Mario Draghi, bankın Oktyabr iclasının ardından Frankfurtda AMB Sədri kimi sonuncu dəfə mətbuat konfransını keçirib.
Aşağı istiqamətli risklərin qabarıq və inflyasiyanın "cansız" olduğunu bildirən Draghi, uzun bir müddət əhəmiyyətli dərəcədə ekspansionist siyasət lazım olacağını söyləyib. Draghi, iqtisadi mənzərəyə qarşı risklərin qalmaqda davam etdiyini bildirib.
Draghi, AMB-nin ehtiyac halında bütün vasitələrdən istifadə etməyə hazır olduğunu deyib.
Əvvəlki Avropa Mərkəzi Bankı sədrlərinin əksinə Mario Draghi 8 illik sədrliyi dövründə faizləri heç bir zaman artırmadı, böhranlarla mübarizə apararaq maliyyə sistemə daha çox likvidlik təmin etdi. Noyabrın 1-dən Avropa Mərkəzi Bankının sədri vəifəsini Kristin Lqard icra etməyə başlayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 43 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























