"Məhkəmələrdə bank-müştəri münasibətləri ilə bağlı 280 min iş var"
"Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan iqtisadiyyatına ən böyük ziyanı banklar vurub. "Banklar haqqında" qanuna dəyişikliklər bütövlükdə müsbət qiymətləndirilə bilər. Amma bəzi məsələlər var ki, müəyyən suallar yaradır".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Mərkəzi Bankı haqqında", "Müflisləşmə və iflas haqqında", "Banklar haqqında" qanunlara, eləcə də Mülki, İnzibati Prosessual, Mülki Prossessual Məcəllələrinə dəyişikliklərlə bağlı qanun layihələrinin müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib.
"Azərbaycanda Auditorlar Palatası var. İstənilən vaxt banklar tərəfindən Auditorlar Palatasının mütəxəssisləri audit aparılması üçün dəvət oluna bilər. Amma qanuna dəyişikliklərdə banklarda Audit Komitələrinin yaradılması ilə bağlı müddəa yaradılıb. Bu nə ilə bağlıdır? Bundan başqa, dəyişikliklərdən birində göstərilir ki, məhkəmə Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarlarını ləğv edə bilməz. Azərbaycanda məhkəmə yüksək instansiyaya malikdir. Amma bu dəyişiklikdən belə çıxır ki, Palata məhkəmədən də yüksək instansiyaya malik olacaq. Beləliklə, Palatanın statusu məhkəmənin statusundan yüksək olur. Fikrimcə, bu məsələyə aydınlıq gətirilməlidir. Dəyişikliklərdə banklara təyin olunan müvəqqəti inzibatçıya 1 ilə qədər vaxt verilir. Bir il çox böyük müddətdir. Niyə məhz 1 il götürülüb? Həmçinin, "körpü banklar"ın yaradılması müəyyən qədər sual doğurur. Məgər körpü banklar yaradılmazsa, bankları sağlamlaşdırmaq mümkün olmayacaq? "Banklar haqqında" qanunda sağlamlaşdırma ilə bağlı konkret müddəalar var. Buna nə ehtiyac var?" - deyə V. Əhmədov bildirib.
Millət vəkili hələ də bank sektorunda problemlərin tam həll edilmədiyini vurğulayıb: "Keçən ilin fevral ayında prezident İlham Əliyevin fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Milli Məclisin komitə və plenar iclaslarında Palatanın yaradılması ilə bağlı qanunlara dəyişiklik etdik. Palata 1 ildir fəaliyyət göstərir. Palata fəaliyyətə başlayanda bankların diaqnostikasını həyata keçirdi. Keçən müddət ərzində 42 bankdan 10-a yaxını bağlandı. 10-a yaxın bankın bağlanması müəyyən problemlər yaratdı. Bankların bağlanması əmanətçilərə ödənişlərin verilməsində problemlərin yaranmasına səbəb oldu. Biz bankların bağlanmasının tərəfdarı deyilik. Bankların bağlanması iqtisadiyyatımıza və insanlarımıza ziyan vurur. Ötən müddət ərzində eşitmədim ki, bankların səhmdarları toplaşıb birləşməklə bağlı qərar qəbul etsin. Bankların bağlanmasındansa, birləşib fəaliyyət göstərməsi daha məqsədəuyğundur. Gəlin, 15-20 iri bank saxlayaq ki, sektorda problem olmasın. Çox təəssüf ki, bankların birləşdirilməsi ilə bağlı konkret iş görülmür. Əvəzində bankları bağlayırıq, insanlara deyirik ki, gedin problemlərinizi banklarla həll edin. Rüfət (Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı - red.) müəllim, sizə məktublar göndərmişik. Biz vətəndaşlardan minlərlə məktub almışıq. Mən ayrı-ayrı bank rəhbərləri ilə görüşmüşəm. Onlardan xahiş etmişəm ki, kredit borcu olan insanlarla bağlı razılığa gəlsinlər. Amma bu problem yenə qalmaqdadır. Onsuz da bankların kimə məxus olduğunu bilirik. Sağlamlaşdırma həyata keçiriləndə bankları birləşdirmək mümkündür".
Deputat qeyd edib ki, ölkədə vaxtı keçmiş kreditlərin həcmi artaraq 1,5 mlrd. manata çatıb. O, problemli kreditlərin həcminin azalması ilə bağlı fikirlərlə razılaşmadığını qeyd edib: "Vaxtı keçmiş kreditlərin həcmi 1,5 milyard manata çatıb. İndi deyəcəksiniz ki, müəyyən qədər azalma var. Problemli kreditlərdə ona görə azalma var ki, bank sektoru faktiki kredit vermir. Banklar deyir ki, 65 yaşından yuxarı insan kredit götürə bilməz. Bu, hansı qanunda yazılıb? Bəlkə onun 1000 manata ehtiyacı var? Deyirlər ki, Palatadan göstəriş var. Bundan başqa, əgər müştərinin məvacibi 300 manatdırsa, 600 manatdan artıq kredit verilmir. Niyə artıq məbləğdə kredit verilməməlidir ki? Bankların qeyri-qanuni hərəkətləri var. Banklardan kredit götürmək qeyri-mümkündür. Bank sektorunda problemlər var. Düzdür, xeyli işlər görülüb. Amma sistem faktiki dayanıb, işləmir. Manatın məzənnəsində sabitləşmə gedir. Çünki, pul qıtlığı yaratmısınız. Ölkədə kredit verilmədiyindən real sektor inkişaf etmir. Biz bunun əziyyətini 2-3 aydan sonra görəcəyik. Bank sektoru bizim ən ağrılı yerimizdir. Bizim iradlarımız həddən artıq böyükdür. Baxın, məhkəmələrdə bizim insanlar nə qədər əziyyət çəkir. İnsanlar məhkəmələrin qapılarında dayanır. Bu prosesi axıra çatdırmaq lazımdır. Pulu sıxıb saxlamaqla real sektor, qeyri-neft sektorunu inkişaf etdirmək mümkün deyil".
Deputat İlham Əliyev də bankların fəaliyyətindən narazılığını ifadə edib. Onun sözlərinə görə, banklar insanları "şirnikləndirib müqavilə imzalatdırırlar" və sonradan böyük problemlər yaranır: "Banklar müqavilələri dəyişdirməyib. Hazırda standart müqavilələrdən istifadə olunur".
İradlara münasibət bildirən Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı isə öz növbəsində qeyd edib ki, yüksək gəlirlilik dövründə banklarda izafi gəlirlilik olub: "Həmin dövrdə məsuliyyətsiz borclanma var idi. Düzdür, bununla bağlı qınaqlar haqlıdır. Biz məsuliyyətsiz borclanmanın qarşısını almaq üçün kreditlərdə insanların aylıq ödənişlərinin gəlirlərə nisbətinin nəzərə alınmasını məqsədəuyğun hesab etdik. Ümumiyyətlə, borcları birdən-birə bağışlamaq olmaz. Çünki, bunun mənbəyində banklarda yatırılmış əmanətlər qalır. Kreditlər ödənilmədiyi təqdirdə banklardakı əmanətlər geri qaytarmaq mümkün deyil. Bu gün məhkəmələrdə 700 min iş var. Bu işlərin 40%-i, yəni 280 mini bank-müştəri münasibətləri ilə bağlıdır. Millət vəkilləri bəyan etdilər ki, 3 il 4 ay qanun çərçivəsində proses uzanır. Mən isə bankın əmanətçisiyəm. Bank da deyir ki, mən krediti sənin qardaşına vermişəm, o isə ödəmir. Mən məhkəmələri günahlandırmıram. Məhkəmələrdəki işlərin bir qismi obyektivdir, bir qismi isə subyektivdir. Bəzi insanlar, biznes subyektləri krediti ödəməkdə çətinlik çəkir. Amma subyektiv hallar da var. Bütün bunlar hüquqi müstəvidə həll olmalıdır".
© APA
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 8 saat sonra
- 5 saat sonra
- 9 saat əvvəl
-
-
12 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
12 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
-
13 saat əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
- 13 saat əvvəl
-
13 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
- 13 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Şuşa Bank və Sığorta Binası tikilib
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO
Dekabrın 29-da gözlənilən hava şəraiti - XƏBƏRDARLIQ
"Xalq Bank"ın istiqrazlarına 72 investordan 72 sifariş






















