"Dizel avtomobillərin idxalına marağın azaldılması üçün təkliflər təqdim olunacaq"
“Avtomobillərə tətbiq olunan aksiz vergisi dərəcəsinin cari ildən etibarən mühərrikin hər kubsantimetrinə 0,20 manatdan 0,30 manata qaldırılması onların idxalının həcminin azalmasına səbəb olmayıb”.
Bunu Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov bildirib.
2019-cu il ərzində ölkəyə idxal olunan minik nəqliyyat vasitələrinin əksəriyyəti mühərrik həcmi 2000 kubsantimetrə qədər olan avtomobillərdir və bu avtomobillərə tətbiq olunan ən yüksək aksiz məbləği 600 manat təşkil edir. 2018-ci ildə ölkə ərazisinə gətirilən minik avtomobillərinin sayı ilə müqayisədə 2019-cu ildə ölkəyə daha çox avtomobil idxal olunub.
Mirqasım Vahabov bildirib ki, ölkəmizdə minik avtomobil parkının yenilənməsi, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması, köhnəlmiş və texniki təhlükəsizlik səviyyəsi aşağı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinin qarşısını almaq məqsədilə yeni və istehsal buraxılış tarixindən uzun müddət keçmiş nəqliyyat vasitələrinə münasibətdə aksiz dərəcələrinin optimallaşdırılması və differensial aksiz dərəcələrinin tətbiqi kimi məsələlərlə bağlı aidiyyəti qurumlarla birgə müzakirələr aparılmaqdadır:
“Əksər Avropa ölkələrinin dizel yanacağı ilə işləyən nəqliyyat vasitələrinin istifadəsinin məhdudlaşdırması və ya imtina etməsi fonunda onların ucuz qiymətə alınaraq ölkəmizə gətirilməsi halları artmaqda davam edir. Qeyd edək ki, Avropa ölkələrində dizel yanacağı ilə işləyən avtomobillərin istismarı 2025-2026-cı illərə qədər olan müddətə nəzərdə tutulur. Bu baxımdan ölkəmizdə istifadəsi ekoloji cəhətdən mənfi fəsadlara səbəb olan dizel yanacağı ilə işləyən minik avtomobillərinin gələcək dövrlərdə idxalına marağın azaldılması məqsədilə aidiyyəti qurumlarla müzakirələr zamanı müvafiq təkliflər təqdim olunacaq”.
Komitənin rəsmi bildirib ki, cari ildə hibrid avtomobillərinin ölkəyə gətirilməsi say etibarı ilə artımla müşahidə olunur. Belə ki, 2018-ci ildə ölkəyə 146 sayda hibrid minik avtomobili idxal olunduğu halda, 2019-cu ilin 9 ayı ərzində ölkə ərazisinə gətirilən 609 ədəd hibrid minik avtomobili sərbəst dövriyyəyə buraxılıb. Bu ilin 9 ayı ərzində ölkə ərazisinə 112 ədəd elektrik mühərrikli nəqliyyat vasitəsi idxal edilib ki, bunlardan 5 ədədi minik nəqliyyat vasitəsidir. Qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 164.1.41-ci bəndinə əsasən elektrik mühərriki ilə işləyən avtomobilləri 2019-cu ilin yanvarın 1-dən etibarən ölkə ərazisinə idxalı əlavə dəyər vergisindən azad edilib.
İdarə rəisi Mirqasım Vahabov "Gələcəkdə belə avtomobillərin ölkəyə idxalında hər hansı güzəştlər ediləcəkmi?" sialına belə cavab verib:
"Qeyd olunan minik avtonəqliyyat vasitələrinin ölkəyə gətirilməsi ilə bağlı təşviqedici layihələr aidiyyəti mərkəzi icra orqanları ilə birgə müzakirə edilməkdədir".
Hibrid mühərrikli minik nəqliyyat vasitələrininin gömrük rəsmiləşdirilməsi zamanı ödənilən gömrük ödənişləri digər daxili yanma mühərrikli minik avtomobillərə münasibətdə tətbiq olunan vergi və rüsumlarla eynilik təşkil edir. Mənşə ölkəsindən, gömrük dəyərindən, mühərrikin həcmindən, eləcə də istehsal buraxılış ilindən asılı olaraq gömrük ödənişləri tətbiq edilir.
© "Report"
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 15 saat əvvəl
-
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
1 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 1 gün əvvəl
-
1 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
1 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb









.jpg)












