"Fondun büdcəsi 50 milyon manata çatacaq"
"Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nəzdində yaradılan Kiçik və Orta Biznesə Dəstək Fondunun (KOB İnkişaf Fondu) büdcəsi, təqribən, 50 milyon manata qədər olması planlaşdırılır".
Bunu KOBİA-nın sədri Orxan Məmmədov bildirib.
O qeyd edib ki, KOB İnkişaf Fondunda alternativ maliyyə mənbələrindən istifadə edilməsi nəzərdə tutulur: "Belə ki, sahibkarlar alternativ maliyyə mənbələrindən istifadə etməklə bu fonddan yararlana bilərlər".
O.Məmmədovun sözlərinə görə, KOB İnkişaf Fondunun nümunəvi əsasnaməsi İqtisadiyyat Nazirliyinin Kollegiya iclasında təsdiq edildikdən sonra hesab edirəm ki, bir-iki aya fəaliyyət göstərəcək.: "KOB İnkişaf Fondu həm dövlət, həm də investorların vəsaiti hesabına formalaşacaq".
Xatırladaq ki, KOBİA ölkə Prezidentinin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Dövlət başçısının 26 iyun 2018-ci il tarixli fərmanı ilə isə onun nizamnaməsi və strukturu təsdiq edilib.
Agentlik ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir.
Qeyd edək ki, KOB İnkişaf Fondu ölkəmizdə KOB-ların inkişafı və onların maliyyə dəstəyi ilə təmin edilməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, "KOB klaster" layihələrinə maliyyə dəstəyinin verilməsi, KOB-ların inkişafı məqsədi ilə xidmətlər (iqtisadi və bazar araşdırmaları, layihələrin ekspertizası, dəyərləndirilməsi və maliyyələşməyə və investisiyalara hazırlanması və s.) göstərmək, innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə layihələri dəstəkləmək, habelə KOB-ların investisiya mühitini yaxşılaşdırmaq, yerli və xarici investorların maraqlarının stimullaşdırılmasını təmin etmək və birgə layihələrdə iştirak etmək üçün tədbirlər görmək, yüksəkixtisaslı kadrları cəlb etmək, layihələrin səmərəliliyi və vacibliyi haqqında xarici mütəxəssislərlə birgə araşdırmalar aparmaq, layihələrin çevikliyini təmin etmək və birgə layihələri idarə etmək üçün tövsiyələr verməklə, intellektual biznesin inkişafına təkan vermək məqsədilə yaradılıb.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























