“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək - TƏYİNATLAR GÖZLƏNİLİR
25 Dekabr 2019-cu il tarixində “Unibank Kommersiya Bankı” ASC səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.
“Marja” Bankın Bildirişinə istinadən xəbər verir ki, yığıncaqda aşağıdakı məsələnin müzakirəsi nəzərdə tutulub:
1. Bankın idarəetmə strukturuna daxil olan orqanlarına təyinatlar barədə.
2. Bankın idarəetmə strukturuna daxil olan orqanların üzvlərinin əmək haqqının təyin edilməsi haqqında.
BU GÜNLƏRDƏ ELDAR QƏRİBOV BANKDAKI PAYINI KƏSKİN ARTIRIB
Xəbər verdiyimiz kimi, Eldar Qəribov Avropa Yenidənqurma və İnkişaf Bankının “Unibank”dakı payının bir hissəsini alaraq Bankdakı payını kəskin artırıb.
Bu günlərdə “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin iri səhmdarları arasında bağlanan alqı-satqı əqdi nəticəsində Eldar Qəribovun Bankın Nizamnamə kapitalında iştirak payı artaraq 41,9091%-dən 77,3839 %-ə qaldırılıb. Cənab Eldar Qəribov Bankın Nizamnamə kapitalındakı iştirak payınının əvvəlki səviyyəsini bərpa etməklə, onu bir az da artırıb. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) iştirak payi isə 9% təşkil edib.
Həmin əqd Bankın bütün səhmlərinin nizamnamə kapitalına olan faiz nisbətinin 35,4748 %-ni təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 6 saat əvvəl
-
6 saat əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Ən çox oxunanlar
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti



























