Sahibkarların maliyyədən çox müdafiəyə ehtiyacları var
Mikro, kiçik və orta sahibkarlar ən çox "maraqların müdafiəsi" üçün “KOB Dostu”na müraciət ediblər. Müraciətlərin 22%-i maliyyə resurslarına çıxış üçün ikən, 47%-i maraqların müdafiəsi məsələləri ilə bağlı olub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, İlk “KOB Dostu”nun fəaliyyətə başladığı 2018-ci ilin sentyabr ayından indiyədək KOB dostlarına sahibkarlardan bir çox müraciət və təkliflər daxil olub:
"Bu müraciətlər əsasən biznesin qurulması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə, KOB-ların maraqlarının müdafiəsi, dövlət dəstəyi mexanizmlərinə çıxış, maliyyələşdirmə, maarifləndirmə və s. məsələlərlə bağlı olub. “KOB Dostu”na edilmiş bütün müraciətlər araşdırılır və Agentliyin səlahiyyətləri çərçivəsində sahibkarlara lazımi dəstək göstərilir və ya müvafiq qurumlarla əlaqələndirilir. 2019-cu ilin noyabrın 1-dək “KOB Dostu” şəbəkəsi vasitəsilə Agentliyə daxil olmuş müraciətlərin 22,3%-i hüquqi yardım və məsləhət xidmətlərinin göstərilməsi, 22%-i maliyyə resurslarına çıxış, 47%-i maraqların müdafiəsi, 8,7%-i maarifləndirmə məsələləri ilə bağlı olub".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi














.jpg)




