Azərbaycanın kredit reytinqlərinə mənfi təsir edən amillər
"Expert RA Europe" reytinq agentliyi Azərbaycanın milli və xarici valyutalarda suveren kredit reytinqlərini "BB+" səviyyəsində təsdiq edib.
Agentliyin saytında verilən məlumata görə, reytinqlər üzrə proqnoz “Stabil”dir.
“Azərbaycanın “ВВ+” səviyyəsində kredit reytinqləri güclü fiskal mövqe ilə əlaqədar kredit ödəmə qabiliyyətinin yetərli səviyyədə olduğunu, müsbət ticarət balansını və böyük həcmdə yığılmış ehtiyatları əks etdirir. Bundan başqa, iqtisadiyyatın sabitləşməsi inflyasiya və işsizliyin səviyyəsinin aşağı düşməsinə imkan verib”, - deyə məlumatda bildirilir.
“Stabil” proqnoz ortamüddətli perspektivdə reytinqlərin saxlanılma ehtimalının yüksək olduğunu göstərir.
"BB+" reytinqlərinin təsdiqlənməsi üçün müsbət amillər bunlardır: Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətli olması (Qlobal Rəqabətlilik İndeksi 2019 üzrə 58-ci yer), 2019-cu ildə xarici ticarət profisitinin ÜDM-nin 9,7%-i səviyyəsində olması, dövlət borcunun aşağı səviyyədə olması (ÜDM-nin 19,7%-i və dövlət büdcəsi gəlirlərinin 49,3%-i), işsizliyin aşağı səviyyəsi (5%) və 2019-cu ilin sentyabr ayına olan vəziyyətə görə ehtiyatların həcminin 7% artması.
Reytinqi məhdudlaşdıran amillər isə bunlardır: iqtisadiyyatın kreditləşdirilmə səviyyəsinin aşağı olması, bu isə özəl sektorun maliyyələşdirilməsinin bərpası üçün yetərli deyil, manata potensial təzyiq səbəbindən yüksək inflyasiya səviyyəsinə qayıtma riski və orta institusional inkişaf.
Reytinqə təsir edən mənfi amillər bunlardır: iqtisadiyyatın neft-qaz sektorunda güclü konsentrasiyası (ÜDM-nin 43%-i və ixracın 92%-i), bu isə iqtisadiyyatı karbohidrogenin qiymətinin dəyişməsinə qarşı həssas edir; bank sisteminin maliyyə dayanıqlılığı göstəriciləri ilə bağlı problemlərin qalması; büdcənin Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərindən güclü asılılığı, dövlət borcunun strukturu.
Agentliyin qiymətləndirmələrinə görə, reytinqi dəstəkləyən amil ARDNF-də əhəmiyyətli maliyyə buferini təmin edən 42,5 mlrd. dollar məbləğində aktivlərin olmasıdır.
Məlumatda qeyd olunur ki, Azərbaycan üzrə növbəti reytinqin 2019-cu ilin dekabr ayında nəşr olunacağı planlaşdırılıb.
© "İnterfaks-Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)









.jpg)




