Kapital Bank beynəlxalq “DevDay in Baku’19” tədbirini təşkil etdi
® Kapital Bank İT mütəxəssislərinin iştirak etdiyi beynəlxalq “DevDay in Baku’19” tədbirini təşkil etdi.
Layihə İT sahəsində dünya nəhəngi olan IBM şirkəti ilə birgə keçirilib. Tədbirə müxtəlif şirkətləri təmsil edən yüzlərlə dinləyici iştirak edib. Foruma Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov qatılıb. Həmçinin, İnformasiya sistemlərinin inkişafı departamentinin direktoru Fərid Səmədov da spiker qismində çıxış edib və təcrübəsi ilə bölüşüb.
Tədbir proqram təminatı üzrə mütəxəssisləri, proqram mühəndisləri, UI/UX dizaynerləri və informasiya texnologiyaları üzrə digər mütəxəssisləri bir araya gətirib. Dünyanın müxtəlif ölkələrindən dəvət olunan ekspertlər iştirakçılarla öz təcrübələri ilə bölüşüb, həyata keçirdikləri layihələrlə bağlı biliklərini paylaşıblar.
Ekspertlər Azərbaycanın, Birləşmiş Krallığın, Almaniyanın, Koreyanın, Rusiyanın və digər ölkələrin şirkətlərini təmsil ediblər və bu sahədə intensiv təcrübəyə malikdirlər. Əsas sessiyalardan əlavə olaraq, iştirakçılar “Development”, “Microservices” və “Product Design” adlı sessiya istiqamətlərindən birini seçərək təqdimatlara qatıla biliblər.
“Hazırda Kapital Bank-da İT sahəsinin inkişafı istiqamətində mühüm və davamlı işlər həyata keçirilir. Rəqəmsal və yenilikçi bank olmaq üçün güclü kadr potensialına malik olmaq önəmlidir. Bununla bağlı cari ildə bu sahəyə maraq yaratmaq məqsədilə tələbələri İT üzrə təcrübə proqramına dəvət etdik və nəticədə onlarla gənci işə götürdük. 2020-ci ildə də bu sahədə olan işləri davam etdirəcəyik və bazara yeni peşəkar mütəxəssislər təqdim edəcəyik”, - deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalovla bildirib.
Qeyd edək ki, Kapital Bank-da təcrübə proqramı artıq ənənəvi olaraq hər il keçirilir. Hazırda Kapital Bank-da İT sahəsi üzrə təcrübə keçmək mümkündür. Maraqlanan gənclər CV-lərini mövzu hissəsində “İT Təcrübə” yazmaqla [email protected] ünvanına göndərə bilərlər.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 27 d. əvvəl
-
- 31 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















