Bakının əcnəbi qonaqları bu taksi şirkətini seçir
Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti Bakıda daha çox “Uber” ilə hərəkət edən əcnəbi vətəndaşların sayına görə ölkərin siyahısını açıqlayıb. 2016-cı ilin göstəricilərinə əsasən, siyahya Rusiya başçılıq edir, daha sonra reytinqdə Böyük Britaniya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləridayanır, beşliyi isə Fransa tamamlayır.
Xidmətin bir sıra üstünlüklərinə əsaslanaraq xarici vətəndaşlar Bakıda “Uber” ilə hərəkət edir. Belə ki, tətbiqi bir dəfə yükləyərək istifadəçi ondan 73 ölkədə yararlana bilər. Nağdsız ödəniş imkanı sayəsində turistlər yetərli sayda yerli valyuta mövcudluğu barədə narahat olmaya və rahat şəkildə gedişlər həyata keçirə bilər.
“Bütün dünyada “Uber” şəhər üzrə sürətli və rahat gedişlərin sinoniminə çevrilib. Azərbaycan, Rusiya, Fransa və ABŞ-da olmağınızdan asılı olmayaraq siz sadəcə tətbiqi açırsınız, təyinat nöqtəsini işarəliyirsiniz və bir neçə dəqiqəyə avtomobilə minirsiniz. Biz istifadəçilərimizi hərəkət azadlığı ilə təmin etmək və onların iş səyahətləri və məzuniyyətlərində gedişlərin bir hissəsinə çevrilmək istəyirik”, - deyə “Uber” şirkətinin MDB-də kommunikasiya üzrə direktoru İrina Quşina bildirib.
Son illər ərzində küləklər şəhəri Qafqaz regionunda ən çox ziyarət olunan məkanlardan birinə çevrilib. Belə ki, 2016-cı ildə Azərbaycanın paytaxtını 2,2 mln. xarici turist ziyarət edib, bu da 2015-ci ilin göstəricisindən 12,1% çoxdur (Dövlət Statistika Komitəsinin məlumatına əsasən).
“Uber”i seçərək Bakının qonaqları əmin ola bilərlər ki, avtomobil onları lazımi ünvana tez, rahat və təhlükəsiz şəkildə çatdıracaq, gedişin dəyəri isə tətbiq vasitəsi ilə hesablanacaq və gediş təsdiq edilənə qədər məlum olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
50 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























