"İran Xəzərdə Azərbaycanla neft layihələrinin reallaşdırlmasında maraqlıdır"
İran Xəzər dənizində Azərbaycanla birgə kəşfiyyat və neft hasilatı üzrə layihələrin reallaşdırlmasında çox maraqlıdır.
Bunu İran prezidenti Həsən Ruhani deyib.
“İran Xəzər dənizində kəşfiyyat və neft hasilatı üzrə birgə layihələrin reallaşdırlmasını izləyir, ümid edirik ki, bu məsələ İranla Azərbaycan arasında Hökumətlərarası Komissiyanın iclasında fəal müzakirə olunacaq”, - Ruhani Azərbaycanın baş naziri Şahin Mustafayevlə görüş zamanı bildirib.
O cümlədən, Ruhani xüsusilə Xudafərində sərhədyanı elektrik stansiyalarının tikintisinin vacibliyini qeyd edib və vurğulayıb ki, bu layihə iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə yardım edəcək, o cümlədən, elmi-texniki münasibətlərin inkişafının əhəmiyyətini qeyd edib.
“Tehran bütün texnoloji sahələrdə Bakı ilə əməkdaşlığa hazırdır, biz ümid edirik ki, birgə sənayenin təşkili bu əməkdaşlığı daha da dərinləşdirəcək”, - Ruhani bildirib.
© "İnterfaks-Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
34 d. əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
57 d. əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bankın 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
-
2 saat əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Regional” BOKT-un 1 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
Ən çox oxunanlar
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
BakıKart artıq ABB mobile-da!
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
























