Bir sıra məhsulların idxalına gömrük rüsumunun müddəti 2022-ci ilədək uzadıldı
Nazirlər Kabineti meyvə-tərəvəz məhsullarının bəzi növlərinin ölkəyə idxalına tətbiq olunan gömrük rüsum dərəcələrinin müddətini 2021-ci ilin dekabr ayının 31-dək uzadıb. Bu barədə hökumətdən məlumat verilib.
15 dekabr 2019-cu il tarixinədək 1 kq pomodor (təzə və ya təmizlənmiş) üçün 0,8 dollar, 1 kq soğan və sarımsaq üçün 0,6 dollar, 1 kq xiyar və kornişon üçün 0,8 dollar, 1 kq qoz-fındıq (qabıqlı və təmizlənmiş) üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, sidr istehsalı ilə əlaqədar 1 kq təzə alma və armud üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar məbləğində gömrük idxal rüsumu müəyyən edilmişdi.
“Nazirlər Kabinetinin qərarı ilə bu rüsum dərəcələrinin müddəti 31 dekabr 2021-ci il tarixinədək uzadılıb", - hökumətdən bildirilir.
Qərara əsasən meyvə və tərəvəz şirələrinin 1 litri üçün qüvvədə olan, gömrük dəyərinin 15%-i həcmində (0,7 dollardan az olmamaqla) gömrük idxal rüsumunun müddəti 31 dekabr 2021-ci ilədək uzadılıb.
Bundan əlavə, toyuq əti və onun sub məhsullarının respublikaya idxalına tətbiq olunan güzəştli gömrük rüsum dərəcələrinin müddəti 2021-ci ilin sonunadək uzadılıb. Xüsusilə, 31 dekabr 2021-ci il tarixinədək Azərbaycana ev toyuğu ətinin (təzə, soyudulmuş və dondurulmuş) və ondan hazırlanan məmulatların idxalına 1 dollar (1 kq-a görə), 1000 ədəd yumurtanın idxalına 100 dollar məbləğində gömrük rüsumu tətbiq ediləcək.
O cümlədən, bir sıra tikinti materiallarının ölkəyə idxalı üçün qüvvədə olan gömrük rüsum dərəcələrinin müddətini 31 dekabr 2021-ci il tarixinədək uzadılıb. Ölkəyə idxal olunan bentonitin 1 kq-ı üçün 0,03 dollar, gips və anhidrid, sement klinkeri, süni boyanmış və ya boyanmamış sement, giltorpaq və digər hidravlik sementin 1 kq-ı üçün 0,07 dollar, gips və gips məmulatlarının (1 kv.metr üçün 0,4 dollar), kərpic və kvars tozundan digər məmulatların (1 kq üçün 0,04 dollar) məbləğində gömrük rüsumu tətbiq olunacaq.
“Qeyd olunan dərəcələrin tətbiqi müddəti 15 dekabr 2019-cu il tarixində başa çatırdı. Nazirlər Kabineti rüsum dərəcələrinin tətbiqinin daha 2 il müddətinə uzadılmasına dair qərar qəbul edib”, - hökumətdən vurğulanıb.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir























