Bir-iki dəqiqə vaxt sərf et, gömrükdən sürətli keç - VİDEO
Dövlət Gömrük Komitəsi gömrük-sərhəd keçid məntəqələrində sərnişinlərin və nəqliyyat vasitələrinin sürətli keçidini təmin etmək məqsədilə "Elektron növbə" layihəsinin tətbiqinə başlayıb.
Komitədən "Marja"ya daxil olmuş məlumata görə, artıq şəxsi minik avtomobili ilə xaricə səyahət edənlər gömrük-sərhəd keçid məntəqələrinin qarşısında növbə gözləmədən keçə bilərlər.
"Elektron növbə" layihəsi daha rahat və sürətli keçid imkanı yaradır. Layihəyə əsasən 3 növ xidmət təklif olunur:
1. "Elektron növbə" (e-növbə);
2. "Sürətli keçid" (Fast Track);
3. "CİP xidmətləri".
Bunun üçün yalnız bir-iki dəqiqə vaxt sərf etməklə internetə çıxışı olan istənilən məkandan və ya mobil telefon vasitəsilə Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsindəki "Elektron xidmətlər" bölməsindən "onlayn növbə" alt bölməsinə daxil olaraq "e-növbə" xidmətini seçirsiniz. Bu zaman açılan "Sürücü haqqında məlumat" pəncərəsindəki ilk qrafaya səyahətçinin pasport nömrəsi qeyd olunur və digər qrafalardakı məlumatlar avtomatlaşdırılmış qaydada sistem tərəfindən təmin edilir.
Mobil telefon nömrəsi daxil edildikdən və təsdiq haqqında SMS alındıqdan sonra "Nəqliyyat vasitəsi haqqında məlumat" bölməsinin 2-ci qrafasında avtomobilin dövlət qeydiyyat nişanı qeyd olunur. Avtomobil haqqındakı digər məlumatlar müvafiq olaraq sistem tərəfindən təmin edildikdən sonra "Digər məlumatlar" bölməsində istifadə edəcəyiniz gömrük-sərhəd keçid məntəqəsinin adı, tarix və saat qeyd edilərək təsdiq düyməsinə basılır.
Qeydiyyat uğurla başa çatdıqda istifadəçinin mobil telefonuna qeydiyyat kodu (BAR CODE) göndərilir.
"E-növbə" istifadəçisi aldığı qeydiyyat koduna əsasən ölkədə mövcud olan elektron ödəniş sistem və xidmətlərindən istifadə etməklə ödəniş edir və onun mobil telefonuna təsdiq mesajı göndərilir. Seçdiyiniz vaxtda gömrük-sərhəd keçid məntəqəsinin ərazisinə yaxın yerdə gözləyin. Mobil telefonunuza "qapıya gedin" SMS-idaxil olduqdan sonraburaxılış məntəqəsinə yaxınlaşın. Məntəqənin giriş qapısında quraşdırılmış elektron tabloda avtomobilinizin nömrəsi əks olunduqda, canlı növbəyə durmadan növbədənkənar gömrük ərazisinə daxil olun.
"Gömrük nəzarəti xətti"ndə növbəyə duraraq mobil telefonunuza göndərilən qeydiyyat kodunu (BAR CODE) gömrük xidməti üzrə "bir pəncərə"yə təqdim edin. Pasport qeydiyyatı başa çatdıqdan sonra sərhəd keçidiniz təmin olunacaq.
"E-növbə" xidmətindən istifadə edən şəxslər seçdikləri vaxtdan gec gəldikləri halda isə onların qeydiyyatı ləğv olunur və canlı növbəyə durmaqla sərhəd keçidi təmin edilir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 47 d. əvvəl
-
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
2 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
3 saat əvvəl
"Əminəm ki, biz, həmçinin Azərbaycana çox məhsullar təqdim edə bilərik"
-
13 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaponya iqtisadiyyatı cüzi artıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub


























