Bazarlar üçün kritik həftə başlayıb
Qlobal mərkəzi bankların 2019-cu ilin son yığıncağında verəcəyi qərarlar bazarların "radarındadır".
Qlobal bazarlar Avropa və ABŞ mərkəzi banklarının (AMB və Fed) 2019-cu ildə verəcəyi son faiz qərarlarına fokuslanıb. “Marja” xəbər verir ki, mərkəzi bankların yeni proqnozları, qərarları və açıqlamaları aparacaqları siyasətləri anlamaq baxımından yaxından izləniləcək.
Analitiklər, faizlərin daha da aşağı salınması və pul siyasətinin daha da yumuşaldılması barədə açıqlamaların inkişaf edən bazarların faydasına olacağını və riskli aktivləri dəstəkləyəcəyini bildirirlər.
ABŞ-da cümə günü açıqlanan kənd təsərrüfatı sektoru xarici məşğulluq məlumatı proqnozdan güclü olmuş, bu vəziyyət ardıcıl 3 dəfə faiz endirən Fed-in dayanacağı gözləntilərini gücləndirmişdi.
TÜRKİYƏ, RUSİYA, BRAZİLİYA
Bu həftə Fed və AMB ilə bərabər Türkiyə, Rusiya və Braziliyanın pul siyasəti yığıncaqları olacaq. 3 ölkənin də faiz nisbətlərini endirməsi gözlənilir.
İqtisadçıların təxminlərinə görə, Türkiyə Mərkəzi Bankının Cümə axşamı günkü yığıncaqda faizi 150 bənd aşağı salaraq 12.5%-ə endirməsi gözlənilir. Bəzi iqtisadçılar daha çox endirim də ola biləcəyini qeyd edirlər.
BRAZİLİYA
Braziliya Mərkəzi Bankının inflyasiyadakı toparlanmaya baxmayaraq faizi 50 bənd aşağı salması gözlənilir. Ölkənin pul vahidi 27 Noyabrda rekord aşağı səviyyəni görüb.
RUSİYA
Rusiyai Mərkəzi Bankının Cümə günkü yığıncaqda faizi ehtimalla 25 bənd aşağı salaraq 6.25%-ə endirməsi gözlənilir. Rusiya Mərkəzi Bankı bu il indiyə qədər 125 bənd endirim edib. Rusiya rublu ötən 3 ayda ən çox dəyər qazanan inkişaf edən ölkə valyutası olub.
UKRAYNA
Ukrayna Mərkəzi Bankının faizi 14.5%-ə salması gözlənilir. Ukraynanın pul vahidinin bu il bahalaşması, ölkənin ixracdan asılı iqtisadiyyat olması səbəbindən narahatlığa səbəb olur.
Peru, Qazaxıstan, Serbiya və Filipin mərkəzi banklarının isə bu həftə faizləri dəyişdirməsi gözlənilmir.
Qeyd edək ki, bu həftə (13 Dekabrda) Azərbycan Mərkəzi Bankı da faiz qərarını açıqlayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 7 saat əvvəl
-
7 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
16 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)





.jpg)






