"AtaHoldinq" daha da kiçildi - TƏXMİNƏN 40 MİLYON MANAT GERİ GÖTÜRÜLDÜ
"AtaHoldinq" MMC-nin nizamanmə kapitalı yenidən kəskin azaldılıb.
"Marja" xəbər verir ki, holdinqin nizamnamə kapitalı 39 milyon 911 min manat azaldılıb və nitəcədə 79 milyon 984 min manatdan 40 milyon 72 min manata düşüb.
""AtaHoldinq" MMC nizamnamə kapitalının 39.911.848,34 (otuz doqquz milyon doqquz yüz on bir min səkkiz yüz qırx səkkiz manat 34 qəpik) manat həcmində azaldılaraq 40.071.816,00 (qırx milyon yetmiş bir min səkkiz yüz on altı) manat müəyyən edilməsi barədə qərar qəbul etmişdir. Cəmiyyətin kreditorları öz tələblərini AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ev 9 ünvanında bildirə bilərlər",- şirkətin elanında deyilir.
Qeyd edək ki, şirkətlər qrupunun 2014-cü ildən etibarən dəyişməyən nizamnamə kapitalı 2018-ci ildə 125 milyon 345 min manatdan 79 milyon 984 min manatadək azaldılmışdı.
Ötən il "AtaBank" "AtaHoldinq"in tərkibindən çıxaraq "Synergy Group"un tərkibinə daxil olmuşdu. "AtaHoldinq" MMC "AtaSığorta" ASC-nin 100% səhmdarıdır.
Bu ilin oktyabr ayında “Ataholdinq” MMC-nin baş direktoru dəyişib. Bu vəzifəni tutan Adıgözəl Ağayevi Rəşad Rəsullu əvəz edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 3 saat əvvəl
-
4 saat əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Ən çox oxunanlar
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti


























