Nazirlikdən “CinemaPlus” və “Park Cinema”ya xəbərdarlıq
“Müstəqil fəaliyyət göstərən “CinemaPlus” və “Park Cinema” kinoteatr şəbəkələri və onların nəzdindəki distributor şirkətləri arasında son zamanlar yaranmış xoşagəlməz münasibətlər cəmiyyətdə və internet məkanında müzakirələrə səbəb olub”.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilib.
Məlumatda qeyd olunub ki, məntiqi izahı olmayan bu xoşagəlməz hal narahatlıq doğurmaya bilməz:
“Statusundan, fəaliyyət növündən asılı olmayaraq, hər bir mədəniyyət müəssisəsinin vəzifəsi insanların asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaq və onlara yüksək səviyyəli mədəni xidmətin göstərməkdir. O cümlədən, kino sahəsində bir növ inhisarçı mövqe tutan müəssisələr tamaşaçı marağını hər şeydən üstün tutmalı və bu marağa zərər verə biləcək addımlara yol verilməməlidir. Hazırda ölkəmizdə dövlət sifarişli filmlərlə yanaşı, müstəqil kino sahəsində də canlanma müşahidə edilməsi və milli filmlərə tamaşaçı marağının artması müsbət hal kimi xarakterizə oluna bilər. Bu prosesin inkişaf etməsi bütün maraqlı tərəflərin xoşməramlı münasibətindən asılıdır. Ona görə də kino fəaliyyəti ilə məşğul olan hər bir müəssisə özəl biznes maraqları ilə yanaşı, həm də ümumi mənafelərin qorunmasına çalışmalıdır. Mədəniyyət və Turizm Nazirliyi tərəfləri məsələnin qarşılıqlı hörmət və anlaşma şəraitində müsbət həllinə və gələcəkdə də ictimai narazılıq doğuran halların baş verməməsi üçün son dərəcə diqqətli olmağa çağırır”.
Nazirlik bildirir ki, Azərbaycan filmlərinin yayımının təşkil olunması ölkəmizdə fəaliyyət göstərən hər bir kinoteatrın vəzifə borcudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























