“Qeyri-kommersiya sektoru üçün FATF standartlarının tətbiqi” üzrə seminar keçirilib
Dekabrın 18-də Bakıda Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti və Azərbaycan Açıq Hökumət Platformasının təşkilatçılığı, Qeyri-kommersiya hüququ üzrə Beynəlxalq Mərkəz və ABŞ İnkişaf Agentliyinin (USAID) Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti layihəsinin dəstəyi ilə “Qeyri-kommersiya sektoru üçün İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF) standartlarının tətbiqi” mövzusunda beynəlxalq seminar keçirilib.
Maliyyə Monitorinqi Xidmətinin mətbuat xidmətinin məlumatına görə, seminarda Azərbaycan Respublikasının Prezidentinin Administrasiyası, Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və bir sıra qeyri-hökumət təşkilatlarının 40-dan çox nümayəndəsi, beynəlxalq və yerli ekspertlər iştirak ediblər.
Açıq Hökumət Platformasının rəhbəri Əliməmməd Nuriyev tədbiri giriş sözü ilə açaraq, seminarın məqsədinin QHT-lərin FATF standartları barədə məlumatlılığını artırmaq olduğunu bildirib. Qeyd olunub ki, beynəlxalq seminar FATF-ın tövsiyələrində nəzərdə tutulan tədbirlərin daha səmərəli həyata keçirilməsi üçün bilik və bacarıqların artırılmasında əhəmiyyətli rol oynayacaq.
Tədbirdə çıxış edən Maliyyə Monitorinqi Xidməti İdarə Heyətinin sədri Rövşən Nəcəf QHT-lərin terrorçuluğun maliyyələşdirilməsi sahəsində cinayətkarlar tərəfindən istifadə edilmə riski və QHT-lərin bu istiqamətdə həyata keçirəcəyi tədbirlər barədə məlumat verib. Dayanıqlı inkişafın təmin olunması, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyətinin rolunu vurğulayan R.Nəcəf ölkəmizin FATF standartlarına uyğunlaşması məqsədilə hökumət tərəfindən sistemli tədbirlərin görüldüyünü, qanunvericilik aktlarının qəbul edildiyini və nəzarət orqanlarının səlahiyyətləri çərçivəsində monitorinq tədbirlərini gücləndirdiyini qeyd edib.
ABŞ İnkişaf Agentliyinin Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqx çıxışında vətəndaş cəmiyyətinin təşkilatlarının iqtisadi inkişafda və lazımi sosial xidmətlərin təmin edilməsində əhəmiyyətli rolundan danışıb.
Qeyri-kommersiya hüququ üzrə Beynəlxalq Mərkəzin vitse-prezidenti Natalia Bourjaily öz təqdimatında Azərbaycanda fəaliyyət göstərən QHT-lərin Aİ, BMT və USAİD kimi terrorçuluğun maliyyələşdirilməsi və ya çirkli pulların yuyulması ilə mübarizə sahəsində mühüm tənzimləyici təşkilatlardan qrantlar aldığını və dövlətin mövcud risk qrupuna aid QHT-ləri daha çox diqqət mərkəzində saxlamalı olduğunu bildirib.
Tədbirdə həmçinin Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Səbinə Salmanova çirkli pulların yuyulması sahəsində QHT-lərin öhdəlikləri, Maliyyə Monitorinqi Xidmətinin Hüquq departamentinin direktoru Azər Abbasov isə terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində Vətəndaş Cəmiyyəti Təşkilatlarının öhdəlikləri ilə bağlı çıxış ediblər.
Seminarın FATF standartları və prosedurları ilə tanışlıq adlı I və II hissələrində beynəlxalq ekspertlər Vanja Skoric və Ben Evans tərəfindən qeyri-kommersiya sektoruna aid FATF standartları və prosedurlarının əhəmiyyəti qeyd edilib, FATF və MONEYVAL qurumları haqqında məlumat verilib. Sonra tədbir iştirakçıları V raund MONEYVAL qiymətləndirməsinə hazırlıq və maraqlı tərəflərin cəlb edilməsi üçün əsas addımlar və imkanlar barədə müzakirələr aparıblar.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 4 saat əvvəl
-
4 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
5 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
5 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
-
5 saat əvvəl
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Ən çox oxunanlar
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!



















