Fermerlərin bəyan məlumatları peykdən dəqiqləşdirilir
EKTİS-də payızlıq əkinlərlə bağlı məlumatların “Azərkosmos”dan aparılan çəkilişlər əsasında yoxlanılmasına başlanıb
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) payızlıq əkinlərə dair bəyan edilmiş məlumatların yoxlanılması prosesinə başlanıb.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən EKTİS-də yoxlamalar üç istiqamətdə aparılır.
1.Torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin yoxlanılaraq təsdiq edilməsi aidiyyəti qurumların müvafiq elektron sistemləri ilə inteqrasiya, sənədlərin əsli və yaxud aidiyyəti orqana sorğu verilməsi əsasında həyata keçirilir. Torpaq sənədlərinin yoxlanılması EKTİS-də qeydiyyatdan keçmiş bütün fermerləri əhatə edir.
2.Peyk şəkilləri, məsafədən zondlama metodları və digər stasionar vasitələrdən istifadə etməklə kameral yoxlamalar aparılır. Nazirliyin Coğrafi Məlumatlar Bazasına daxil edilmiş ortofotolar, müxtəlif vektorizasiya məlumatları, “Azərkosmos”dan alınmış peyk şəkilləri, layihələrin nəticələri, məsafədən zondlama metodları peyk yoxlamalarının əsasını təşkil edir. Nazirlik tərəfindən pilot olaraq seçilmiş 4 rayonun 4 kəndi üzrə (Zərdab-Dəkkəoba, Samux-Samux şəhəri, Ağsu-Gəgəli, Siyəzən-Yenikənd) həm sənəd, həm də peykdən əkin vəziyyətinin yoxlamaları yekunlaşıb. Monitorinq zamanı uyğunsuzluq şübhəsi doğuran sənədlərə dair bildirişlər göndəriləcək və həmin ərazilərdə yerində yoxlamalar aparılacaq.
3.EKTİS-də ilk iki istiqamət üzrə yoxlamaların nəticələri əsas götürülərək sistem üzərindən seçmə şəkildə yerində yoxlamalar aparılır.
Artıq peykdən çəkilmiş fotolar əsasında fermerlərin sistemə daxil etdikləri bəyan məlumatları dəqiqləşdirilir. Məsələn, Zərdab rayonunun Dəkkəoba kəndi üzrə 223 fermer cəmi 889.2 ha torpaq sahəsini qeydiyyatdan keçirib. Qeydiyyatdan keçən fermerlərin 208 nəfəri payızlıq əkinlərlərlə bağlı 768.2 ha sahəyə dair məlumatı bəyan edib. Bəyan edilən bitkilər üzrə 446.3 hektarda yonca, 263.8 hektarda buğda, 58.2 hektarda arpa əkildiyi müəyyənləşib. Monitorinq zamanı 1 parseldə bəyanla bağlı uyğunsuzluq müşahidə edilib və bu ərazi yerində yoxlamaya cəlb olunub.
EKTİS-də payızlıq əkinlərini bəyan etmiş və torpaq sənədləri ilə bağlı məlumatları sistemə daxil edilmiş fermerlərə sistem üzərindən müvafiq bildiriş göndəriləcək. Beləliklə, elektron ərizələr EKTİS-Subsidiya İnformasiya Sistemində qəbul edilərək yuxarıda qeyd edilən formada monitorinqə yönləndiriləcək. Subsidiya almaq üçün formalaşdırılan elektron bəyannamələrin yekun təsdiqi və fermerə ödəniləcək məbləğ monitorinqlər nəticəsində müəyyən ediləcək. EKTİS-də bəyan edilmiş torpaq məlumatlarına (torpağın sənədi, əkin aparılan sahə və s.) və payızlıq əkin növünə (arpa, buğda, yonca və s.) dair bəyannamənin düzgünlüyünə fermer məsuliyyət daşıyır. Bu səbəbdən fermerlərə bəyan etdiyi məlumatlarda səhvlər varsa, düzəliş etmək üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət etmək tövsiyə olunur.
Yanvarın 10-dək 173 min fermerin şəxsi kabinetində əkin subsidiyası ilə bağlı elektron ərizə formalaşdırılıb. Fermerlər 3 gün ərzində məlumatları yoxlayaraq elektron ərziə formasını təsdiq etməli və ya müvafiq düzəlişlərin edilməsi üçün DAİM-ə yaxınlaşmalıdırlar. Etiraz edilməyən ərizələr avtomatlaşdırılmış qaydada monitorinqə yönləndirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
2 saat əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
-
20 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
21 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 21 saat əvvəl
-
21 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
21 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Son Xəbərlər
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Ən çox oxunanlar
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!


















