Bakıya çox bahalı avtomobil gətirilib - FOTOLAR
Bakıya dünyanın ən sürətli avtomobili sayılan “Bugatti Chiron”un gətirilməsi ilə bağlı məlumatlar yayılıb. Ötən il dekabr ayının 30-da Bakıda fotoşəkilləri çəkilən avtomobilin “Silk Way” aviaşirkəti vasitəsilə gətirildiyi bəlli olsa da, sahibinin kimliyi məlum deyil.
Dövlət Gömrük Komitəsindən media sorğusuna cavab olaraq bildirdilər ki, bu avtomobil Azərbaycan tranzit gəlib və ölkəyə aidiyyati yoxdur.
“Bugatti Chiron” avtomobilini Almaniyanın Hann şəhərindən gətiriblər. Bakıda təyyarə dəyişilib, başqa təyyarə ilə Dubaya yola salınıb. Azərbaycandan sadəcə tranzit keçib. Bu avtomobilin Azərbaycana aidiyyatı yoxdur”, – komitənin mətbuat xidmətinin rəhbəri Natiq Axundov deyib.
Qeyd edək ki, “Bugatti” şirkəti lüks avtomobilin bu modelindən cəmi 500 ədəd buraxmaq planlaşdırıb.
Təxminən 10 gün əvvəl - yola saldığımız ilin dekabr ayının 30-da Bakıya yeni “Bugatti Chiron” markalı avtomobil gətirilib.
Təqdim olunan fotolardan belə məlum olur ki, avtomobil "Silk Way" aviaşirkəti vasitəsilə gətirilib.
Avtomobili kimin gətirdiyi bizə məlum olmasa da, qiymətinin xeyli yüksək olduğunu söyləyə bilərik.
Belə ki, 2016-cı ildən istehsalına başlanan “Bugatti Chiron” markalı avtomobilin qiyməti 2,5 milyon avrodan, yəni 5 milyon manatdan başlayır. Avtomobil alınarkən ödənilən vergiləri, daşınma və gömrük rüsumunu da (avtomobilin ən aşağı qiymətə alındığı qəbul olunsa, minimum 1,7 milyon manat rüsum ödənilməlidir) və digər kiçik xərcləri də nəzərə alsaq, “Bugatti Chiron”un Bakya gəlib çıxması üçün sifarişçisinin ən azı 7-8 milyon arası vəsait ödədiyini söyləyə bilərik.
Qeyd edək ki, Fransanın “Bugatti” şirkəti tərəfindən istehsal olunan “Chiron” modeli dünyadakı ən sürətli hiper-avtomobil hesab olunur.
Mühərriki 1500 at gücündə olan avtomobilin sürəti saatda 420 kilometrdir. Ancaq 2018-ci ildən sonra istehsal olunan “Bugatti Chiron” modelində sürətin saatda 443 kilometrə qədər artırıldığı bildirilir. Avtomobil bu sürəti cəmi 9 saniyədə yığır.
Onu da qeyd edək ki, “Bugatti” şirkəti “Chiron” modelindən cəmi 500 ədəd buraxmağı planlaşdırıb. İndiyə qədər bu modeldən neçə ədədini istehsal edərək satdığı haqda məlumat olmasa da, birinin artıq Azərbaycana gətirildiyi məlumdur.
Xeyirli olsun! Ancaq maraqlıdır, avtomobili gətirən minimum 1,7 milyon manat təşkil edən gömrük rüsumunu ödəyibmi?...
© “AzPolitika”
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
-
- 2 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
21 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Ən çox oxunanlar
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb







.jpg)






.jpg)


.jpg)









