Asiya qlobal inkişafın 60%-ni təmin edir
Yüksək xarici tələb, qlobal məhsul qiymətləri və yerli islahatlar sayəsində inkişaf etməkdə olan Asiya ölkələri iqtisadiyyatlarının üçdə ikisində inkişaf hiss olunur. Asiya İnkişaf Bankının hesabatına əsasən bu regionu qlobal inkişafın 60%-ni təşkil edən yeganə ən geniş əraziyə çevirir.
2017-ci il üzrə "Asian Development Outlook" hesabatında AİB Asiya və Sakit okean regionu üzrə ümumi daxili məhsulun 2016-cı ildə qeydə alınan 5.8% göstəricidən 2017 və 2018-ci illər ərzində 5.7%-ə qədər azalacağını proqnozlaşdırır. ADO AİB-in illik iqtisadi nəşridir.
"Çin Xalq Respublikasında istehlak-iqtisadiyyatına və qarşıdan gələn qlobal risklərə qarşı tənzimlənməsinə baxmayaraq, inkişaf etməkdə olan Asiya qitəsi qlobal iqtisadiyyatı irəli çəkməkdə davam edir", deyə AİB-in Baş İqtisadçısı Yasayuki Savada qeyd etmişdir. "İnkişaf etmiş ölkələrin iqtisadiyyatları üzrə qeyri-müəyyən siyasət dəyişiklikləri proqnoza risk törətsə də, bir çox iqtisadiyyatlar potensial qısamüddətli şoklara uyğun mövqe almışlar".
Sənaye iqtisadiyyatları inkişaf tempi götürürlər, ABŞ, Avrozona və Yaponiyanın 2017 və 2018-ci illər üzrə 1.9%-dək inkişaf edəcəyi gözlənilir. Artan istehlakçı və biznes inamı və işsizlik səviyyəsinin azalması ABŞ inkişafına təkan vermişdir, lakin gələcək iqtisadi siyasətlər üzrə qeyri-müəyyənlik bu inamı sarsıta bilər. Avrozona möhkəmlənməyə davam edir, lakin proqnozunda Brexit kimi qeyri-müəyyənliklər mövcuddur. Bu arada, Yaponiya öz inkişafını sabit saxlamaq üçün ixrac artımını qoruyub saxlamaq qabiliyyətindən asılı olaraq qalır.
Hökumət iqtisadiyyatı daha çox istehlakçı-yönümlü modelə keçid etmək üçün tədbirlər həyata keçirdikcə ÇXR inkişafı azalmağa doğru gedir. Ümumi istehsal 2016-cı il üzrə 6.7%-dən 2017-ci ildə 6.5%-ə və 2018-ci ildə 6.2%-ə enməsi proqnozlaşdırılır. Maliyyə və fiskal sabitliyin qorunub saxlanması üzrə cəhdlər inkişafın davam etdirilməsinə maneə törətməyə davam edəcək, lakin davamlı struktur islahatları hökumətin hədəfləri üzrə inkişafın qorunub saxlanmasına yardım edəcək.
Cənubi Asiya 2017-ci ildə 7% və 2018-ci il üzrə 7.2% inkişaf göstəricisi üzrə bütün alt-regionlar arasında ən sürətli inkişaf edən ərazi olaraq qalır. Alt-regionun ən geniş iqtisadiyyatı olaraq Hindistanda inkişafın qeydə alınmış son maliyyə ili üzrə 7.1% göstəricisindən 2017-ci maliyyə ili üzrə 7.4% və 2018-ci maliyyə ili üzrə 7.6%-ə çatacağı proqnozlaşdırılır. Yüksək dəyərli əskinazların tədavüldən qaldırılmasının təsiri əvəzedici əskinazların dövriyyəyə salınması ilə aradan qalxır. Geniş istehlak və maliyyə islahatlarının ölkə üzrə biznes inamı və sərmayə perspektivlərini möhkəmləndirəcəyi gözlənilir.
Cənub-şərqi Asiya üzrə ümumi inkişafın region üzrə bütün ölkə iqtisadiyyatları ilə birgə sürətlənəcəyi və irəliyə doğru inkişaf edəcəyi proqnozlaşdırılır. Region üzrə inkişaf ötən il qeydə alınmış 4.7%-dən 2017-ci ildə 4.8% və 2018-ci ildə 5%-ə çatacaq. Malayziya, Vyetnam və İndoneziya kimi məhsul istehsalçıları qlobal ərzaq və yanacaq qiymətlərinin öncəki vəziyyətinə bərpa olunması səbəbindən möhkəmlənəcəkləri gözlənilir.
Region üzrə ölkələr arasında geniş heterogenliyə baxmayaraq artmış məhsul qiymətləri və ixrac sayəsində Mərkəzi Asiyada inkişafın 2017-ci ildə 3.1% və 2018-ci ildə 3.5%-ə çatacağı gözlənilir. Bu arada regionun ən geniş iqtisadiyyatına malik Papua Yeni Qvineyanın maliyyə böhranından sonra sabitləşməyə doğru getməsi və Fici və Vanuatunun təbii fəlakətlərdən sonra bərpa olmaları ilə bağlı növbəti 2 il ərzində Sakit okean regionu ölkələri 2.9% və 3.3% inkişafa nail olacaqlar.
Geniş istehlak tələbi və artmaqda olan qlobal məhsul qiymətləri sayəsində regional istehlak qiymətləri inflyasiya dərəcəsinin 2016-cı ildə qeydə alınmış 2.5%-dən 2017-ci ildə 3% və 2018-ci ildə 3.2% dərəcəsinə sürətlənməyi gözlənilir. Buna baxmayaraq növbəti 2 il üzrə inflasiya proqnozları 3.9%-lik 10 illik ortalama regional inflyasiya dərəcəsindən xeyli aşağıdır.
Proqnoz üzrə risklərə yüksək ABŞ faiz dərəcələri daxildir, bu isə kapital axınını sürətləndirəcək, buna baxmayaraq region üzrə əhəmiyyətli dərəcədə likvidlik göstəriciləri səbəbindən bu risk müəyyən dərəcədə aradan qaldırılmışdır. ABŞ monetar siyasəti üzrə möhkəmlənmə təsirləri tədricən həyata keçəcəyi gözlənilir və bu isə Asiya və Sakit okean regionu ölkələrinə müvafiq şəkildə hazırlıq görməyə imkan yaradacaq. Uyğunlaşan valyuta məzənnələrinə malik iqtisadiyyatlar valyuta üzrə ağır devalvasiya və müvafiq olaraq yüksək inflyasiyaya uğraya bilər, bununla yanaşı idarə olunan valyutalar ixrac qiyməti rəqabət qabiliyyətinin zəifləməsi ilə üzləşə bilərlər.
Yerli səviyyədə bir sıra Asiya iqtisadiyyatlarında artan məişət borcları meydana çıxmaqda olan riskdir. Səlahiyyətli orqanlar bu riski, reditlər üçün gəlir üzrə daha ciddi əmsalların tələb olunmasımakroprudensial siyasətlər vasitəsilə aradan qaldıra bilərlər. Səlahiyyətli orqanlar spekulyativ tələbin zəiflədilməsi və aktivlər üzrə süni şişirtmələrin aradan qaldırılması üçün daha qəti tədbirlər ilə müdaxilə etməlidirlər.
Manilada yerləşən AİB daxili iqtisadi artım, ətraf mühitin dayanıqlı inkişafı və regional inteqrasiya vasitəsilə Asiya və Sakit okean regionu üzrə yoxsulluğun azaldılması məqsədinə sadiqdir. 1966-cı ildə təsis edilərək AİB region üzrə əməkdaşlığın inkişafının 50 illiyini qeyd edir. Bu 48-i regiondan olmaqla 67 üzvə məxsusdur.
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 16 saat sonra
- 14 saat sonra
- 40 d. əvvəl
-
-
3 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
3 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
-
4 saat əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
- 4 saat əvvəl
-
5 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Şuşa Bank və Sığorta Binası tikilib
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO
Dekabrın 29-da gözlənilən hava şəraiti - XƏBƏRDARLIQ
"Xalq Bank"ın istiqrazlarına 72 investordan 72 sifariş





















