102 ticarət obyekti Şopinq Festivalı üçün qeydiyytdan keçib
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş Turizm Şurasının aprelin 6-da Bakı Ekspo Mərkəzində üçüncü iclası keçirilib.
"Marja" xəbər verir ki, iclasda aprelin 10-dan öz işinə başlayacaq Bakı Şopinq Festivalının təşkili üzrə görülmüş işlər və şuranın ikinci iclasının protokoluna əsasən üzv qurumlar tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin cari vəziyyəti, eyni zamanda, mayın 4-6-da Bakıda gerçəkləşəcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq müzakirə edilib.
İclasda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əvvəlcə gündəlikdə duran məsələlər haqqında ətraflı məlumat verib.
3 AYDA 557 MİN TURİST
Nazir turizmin ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olduğunu və milli iqtisadiyyatın inkişafı üzrə Yol Xəritəsində mühüm yer tutduğunu diqqətə çatdıraraq ötən illər ərzində turizm sənayesinin inkişafı istiqamətində görülən işlərdən danışıb. Ə.Qarayev statistik rəqəmləri diqqətə çatdıraraq son üç ayda ölkəmizə gələn xarici turistlərin sayının 557 mindən artıq olduğunu söyləyib. Ölkəmizə gələn turistlər əsasən Rusiya, Gürcüstan, İran, Türkiyə, Ərəb ölkələrini əhatə edir.
Bakı Şopinq Festivalına hazırlıqla bağlı fikirlərini bölüşən nazir deyib ki, festivalın hazırlıqla bağlı bütün müvafiq işlər görülüb.
102 OBYEKT QEYDİYYATDAN KEÇİB
Nazir deyib: “Hazırda 102 ticarət obyekti qeydiyyatdan keçib və proses davam edir. Festivala uyğun bütün maliyyə və vergi, təhlükəsizlik və digər qaydalar öz həllini tapıb, reklam işlərinin təyin edilməsi uğurla davam etdirilir. Bundan əlavə, bu gündən etibarən beş gün müddətində iştirakçılar üçün Azərbaycan Turizm və Menecment Universitetində treninqlər reallaşacaq. Treninqlər vergilər nazirliyi və universitetin müəllim heyəti tərəfindən həyata keçiriləcək. Festivalda 40-dək restoran iştirakçı qismində qeydiyyatdan keçib. Qısa müddətdə təşkil edilən festival cəmiyyətdə artıq böyük maraq doğurub”.
Azərbaycan Konqreslər Bürosunun direktoru Ülviyyə Mirqasımova çıxış edərək festivala hazırlıqla bağlı görülən işlərdən danışıb.
Ü.Mirqasımova deyib: “Festival geniş təbliğ edilməklə yanaşı, ƏDV-nin qaytarılması ilə bağlı məlumatlar ictimaiyyətə çatdırılıb. ƏDV-nin qaytarılması proqramı üzrə normativ baza uğurla tamamlanıb və xidmət şəbəkəsi üzrə hazırlıq işləri yekunlaşıb. Buraya proqram təminatı, müvəkkil banklar, ƏDV köşklərinin quraşdırılmasını aid etmək olar. Festivalın xaricdə təbliğatı işləri də uğurla davam etdirilir. Festival yeddi ölkədə təbliğ edilir. Festival boyunca əyləncəli və mədəni tədbirlər həyata keçiriləcək. Bu tədbirlər şəhərin ən çox sıx turist axını olan nöqtələrində reallaşacaq. Martın 1-dən fəaliyyətə başlayan festivalın saytına bu günədək 57 min baxış olub. Sosial şəbəkələrdə yerləşdirilmiş reklamlar 10 milyon auditoriya tərəfindən görülmüş və 600 min insan buna reaksiya vermişdir”.
İclas mayın 4-6-da Bakı şəhərində keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işlərinin müzakirəsi ilə davam edib.
Diqqətə çatdırılıb ki, sözügedən Forum BMT səviyyəsində dəstəklənəcək və tədbir bu nüfuzlu qurumun rəsmi saytı vasitəsilə birbaşa yayımlanacaq.
İclasda Şura üzvləri tərəfindən turizmin inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələr, gələcək fəaliyyətin təşkili, nəzərdə tutulmuş layihələr barədə müzakirələr aparılıb.
© Azərtac
Müştərilərin xəbərləri
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 20 saat sonra
-
-
53 d. əvvəl
“İnno Kapital”ın xalis mənfəəti 2,2 dəfə artıb – MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
- 58 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Click to Pay with Visa" — "Epoint"də onlayn "checkout" üçün yeni standart
-
1 saat əvvəl
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SİMA rəqəmsal imza Birbank-da!
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Broyler şirkətinin xalis mənfəəti 24% artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
Qızıl ABŞ-ın İrana hücumlarından sonra ucuzlaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 18 GÜN
Neft ABŞ-ın yeni hərbi hücumları ilə bahalaşıb

















.jpg)


