"Əgər sifarişlər olsa avtobuslar yığa bilərik"
Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi (İB) Azərbaycanın bütün şəhər və rayonlarını müasir nəqliyyat vasitələri olan avtobuslarla və elektrobuslarla təmin etmək gücündədir.
Əgər aidiyyatı qurumlardan sifarişlər olarsa, müəssisəmiz tələbata uyğun istənilən modeldə şəhərarası və şəhərlərarası avtobusların yığımını həyata keçirə bilər.
Bunu Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev verib.
Onun sözlərinə görə, 2016-ci ildə ilk dəfə olaraq müəssisədə eksperimental olaraq CNG qaz mühərrikli avtobus yığılıb və Prezident İlham Əliyev Gəncə avtomobil zavodunda olarkən nümayiş etdirilib. Bu avtobuslar həm ümumi qabaritinə, həm yanacaq sərfiyyatına, həm də “Avro-5” standartına cavab verdiyinə görə Bakı, Gəncə, Sumqayıt və digər şəhərlərdə istismarı əlverişlidir.
“CNG mühərrikli avtobuslar 279 at gücündə “Mercedes-Benz” mühərrikinə və “Allison” avtomat ötürmə sisteminə malikdir, 276 kubmetr sıxılmış metanla (200 atmosfer təzyiqində) 600 kilometr məsafəni təmin edən bir nəqliyyat vasitəsidir. Bu avtobuslarda sərnişin tutumu təxminən 100 nəfər, oturacaqlar isə 26 ədəddir. Avtobusda əlillərin arabalarla minib-düşmələri üçün panduslar quraşdırılıb, onlar üçün xüsusi yerlər nəzərdə tutulub. Bundan başqa, bu avtobuslarda sifarişçinin tələbinə uyğun olaraq monitorların, sürücünün salonla əlaqə yaratması üçün xüsusi kameraların və səs qurğularının quraşdırılması da mümkündür”, - deyə X.Fətiyev qeyd edib.
Müşahidə Şurasının sədri əlavə edib ki, ötən il Azərbaycanda ilk dəfə olaraq ən son texnologiyalarla təchiz olunan E-321 elektrobusların eksperimental yığımları həyata keçirilib. Bu nəqliyyat vasitələri bu gün dünyada sürətlə tətbiq olunan elektrik enerjisi ilə işləyən ən müasir avtobuslardır: “Elektrobuslar həm ekoloji, həm də yanacağa qənaət baxımından çox sərfəlidir. 83 sərnişinin daşınmasını reallaşdıra biləcək avtobuslar 26 oturacaqla, kondisionerlə, həmçinin məlumat monitoru və video-nəzarət sistemi ilə təmin olunub. 60 kilometr/saat sürətlə hərəkət edə biləcək elektrobusun akkumulyatoru şəhər rejimində RGZP/G/300KW 600 V-EN doldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur və enerji tam bərpa olunur”.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
-
2 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 4 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
23 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Ən çox oxunanlar
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb












.jpg)



.jpg)





