ABŞ-ın xam neft ehtiyatları azaldı
ABŞ Enerji İnformasiya İdarəsi (EIA), ölkədəki kommersiya (satış üçün) xam neft ehtiyatlarının keçən həftə 0,4 milyon barel (0,1%) azalaraq 428,1 milyon barelə gerilədiyini açıqlayıb. "Marja" xəbər verir ki, bazar proqnozu ehtiyatların 1 milyon barel azalacağı istiqamətində idi.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları keçən həftə dəyişməyərək 635 milyon barel səviyyəsində sabit qalıb.
Söz mövzusu dövrdə ABŞ-ın benzin ehtiyatları isə 1,7 milyon barel (0,7%) artaraq 260 milyon barelə yüksəlib. Bazar gözləntisi benzin ehtiyatlarının 3,1 milyon barel artacağı istiqamətində idi.
ABŞ-ın xam neft idxalı keçən həftə bir əvvəlki həftə ilə müqayisədə gündəlik ortalama 120 min barel azalaraq 6,43 milyon barel, neft ixracı isə gündəlik ortalama 67 min barel azalaraq 3,41 milyon barelə geriləyib.
Söz mövzusu dövrdə ABŞ-da xam neft istehsalı dəyişməyib. İstehsal 11-17 Yanvar həftəsində də 13 milyon barel səviyyəsində reallaşıb.
EIA-nın Yanvar hesabatına görə, ölkənin gündəlik orta xam neft istehsalının bu il 13,3 milyon barel olması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 10 d. əvvəl
-
31 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi























