Apple-ın gəlirində "iPhone satışları" ilə rekord
Dünyanın qabaqcıl texnologiya şirkətlərindən Apple-ın keçən ilin oktyabr-dekabr dövründəki gəlirləri və xalis mənfəəti, 2018-in eyni ayları ilə müqayisədə iPhone satışlarının yenidən artması ilə yüksəlib.
"Marja" Apple-a istinadən xəbər verir ki, keçən ilin oktyabr-dekabr dövrünü balansında birinci rüb olaraq qəbul edən şirkətin cəmi gəliri, 2018-in eyni dövrü ilə müqayisədə təxminən 9% artaraq 91,8 milyard dollar təşkil edib. Şirkət, 2018-in oktyabr-dekabr dövründə 84,3 milyard dollar gəlir əldə etmişdi.
Şirkətin xalis mənfəəti də 2018-in oktyabr-dekabr dövründəki 19,9 milyard dollardan keçən ilin eyni dövründə 22,2 milyard dollara qalxraq 11%dən çox artıb.
Şirkətin bir səhmə düşən mənfəəti 4,18 dollardan 4,99 dollara yüksəlib.
Apple-ın iPhone ağıllı telefon satışlarından əldə etdiyi gəlir də artım qeyd edib.
Söz mövzusu dövrdə şirkətin iPhone satışlarından əldə etdiyi gəlir bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8% artaraq 56 milyard dollara çatıb. Beləcə, iPhone satışlarında bir il davam edən azalma trendi başa çatıb.
Eyni dövrdə, iPad satışlarından təmin edilən gəlir isə 6,7 milyard dollardan 5,98 milyard dollara və Mac satışlarının gəliri də 7,41 milyard dollardan 7,16 milyard dollara geriləyib.
Şirkətin AppleCare, tətbiqlər və ApplePay kimi xidmətlərdən əldə etdiyi gəlir bu dövrdə 10,9 milyard dollardan 12,7 milyard dollara qalxıb. Apple TV, Apple Watch və aksesuar məhsulların satışından təmin edilən gəlir isə 7,3 milyard dollardan 10 milyard dolların üzərinə çıxıb.
Apple-ın gəlirinin və xalis mənfəətinin bazar proqnozlarından daha müsbət olması ilə səhmləri 2%-dən çox dəyər qazanaraq 327 dollara qədər qalxıb.
Apple-ın direktoru Tim Cook, bütün zamanların ən yüksək rüblük gəlirini açıqlamaqdan xoşbəxt olduqlarının bildirərək, bunun iPhone 11 və iPhone 11 Pro modellərinə olan güclü tələbdən qaynaqlandığını qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 11 saat əvvəl
-
11 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
19 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)




.jpg)







