Azərbaycanda kreditlərin ucuzlaşması üçün bu gün daha bir qərar verilə bilər
Bu gün Azərbaycan Mərkəzi Bankının 2020-ci ildə pul siyasətinə həsr olunan ilk iclası keçiriləcək. İclasda faiz dəhlizinin parametrlərinə dair qərarlar veriləcək.
Faiz qərarı bu gün saat 11:00 radələrində ictimaiyyətə açıqlanacaq və ardınca Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransı keçirəcəkdir.
"Marja"nın məlumatına görə, 2019-cu ildə Mərkəzi Bankının İdarə Heyətinin 8 dəfə iclası keçirilmiş və bütün iclaslarında faizlərin endirilməsinə qərar veilmişdi.
2017-ci ildə Mərkəzi Bankın uçot dərəcəsi 15% səviyyəsində idi. 2018-ci ilin Fevral ayında uçot dərəcəsi 13%ə, Aprel ayında 11%-ə, İyul ayında 10%-ə, Oktyabr ayında 9,75%-ə endirildi. Uçot dərəcəsi 2019-cu ilin Fevral ayında 9,25%-ə, Mart ayında 9%-ə, Aprel ayında 8,75%-ə, İyun ayında isə 8,5%-ə, İyul ayında 8,25%-ə, Sentyabr ayında isə 8%-ə, Oktyabr ayında 7,75%-ə, Dekabr ayında isə 7,50%-ə salındı.
İllik inflyasiya Mərkəzi Bankın hədəf diapazonunda (4±2%) qaldığından Yanvarın 31-də də faiz endirəcəyi ehtimalı yüksəkdir. Əgər bu dəfə də 0,25 baza bəndi azaltma olarsa uçot dərəcəsi 7.25%-ə düşəcəkdir. Mərkəzi Bank daha yüksək nisbətdə - 0,50 baza bəndi də faiz endiriminə gedə bilər.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə istehlak qiymətləri indeksi (inflyasiya) 2018-ci ilə nisbətən 2019-cu ildə 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 3,8 faiz, qeyri-ərzaq malları üzrə 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 2,0 faiz artıb.
AZƏRBAYCAN PREZİDENTİ FAİZLƏRİN AŞAĞI DÜŞMƏSİNİ İSTƏYİR
Yanvarın 13-də, 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti faizlərin aşağı salınmasını istədiyinə işarə etmişdi:
Prezident İlham Əliyev: Uçot dərəcəsi də iki dəfə aşağı düşüb.
Elman Rüstəmov: Son iki ildə.
Prezident İlham Əliyev: Bəli, bu il də yəqin ki, bu meyil davam etdiriləcək.
Elman Rüstəmov: Təbii ki, cənab Prezident, inflyasiya səviyyəsindən, inflyasiya proqnozunun yerinə yetirilməsindən asılı olaraq yumşaltma prosesi davam etdirilə bilər.
Prezident İlham Əliyev: Bu da iqtisadiyyatın sağlamlaşdırılması deməkdir. Yəni, əsas indikatorlardan biridir.
Elman Rüstəmov: İqtisadiyyatın sağlamlaşdırılmasını, kreditlərin ucuzlaşmasını özündə əks etdirəcək.
İlham Əliyev: Uçot dərəcəsi düşdükdə artıq özəl banklar tərəfindən verilən kreditlərin də faiz dərəcəsi güzəştli kreditlərin səviyyəsinə yaxınlaşacaqdır. Ona görə burada uzlaşma olmalıdır.
UÇOT FAİZ DƏRƏCƏSİ NƏDİR?
Nəzəriyyəyə görə, uçot faiz dərəcəsi (faiz dərəcəsi) pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir.
Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 8 saat əvvəl
-
-
8 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
9 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
10 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
10 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
22 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!





















