"Elman Rüstəmovun bəyanatı ən azı 3 sual doğurur"
Tanınmış hüquqşünas Əkrəm Həsənov, bu gün Mərkəzi Bankın sədrinin "Atabank"da yaranmış vəziyyətin Maliyyə Sabitliyi Şurasında müzakirə ediləcəyi və Bank ilə bağlı qərarı bu Şuranın verəcəyi barədə bəyanatına şərh yazıb.
"Marja" xəbər verir ki, Əkrəm Həsənov Facebook səhifəsində yazıb:
"Elman Rüstəmov deyib ki, Mərkəzi Bank "Atabank"da yaranmış vəziyyətə dair təkliflər hazırlayıb və bu gün Maliyyə Sabitliyi Şurasına təqdim edəcək. Daha sonra deyib ki, görüləcək tədbirlərin “Atabank”ın əmanətçiləri üçün hər hansı qorxusu yoxdur.
Bu bəyanat ən azı 3 sual doğurur:
1. Hər hansı bankın taleyi qanuna əsasən Mərkəzi Bankın əlində olduğu halda niyə tədbir görmür və məsuliyyəti müvafiq səlahiyyəti olmayan Maliyyə Sabitliyi Şurasının üzərinə atır?
2. "Atabank" 4 Martdan sonra ləğv edildiyi və "Əmanətlərin tam sığortalanması haqqında" Qanunun müddəti uzadılmadığı təqdirdə də əmanətçilər üçün təhlükə yoxdur? Axı bu halda onlara yalnız 30000 manat kompensasiya ediləcək!
3. "Atabank"ın digər kreditorları, o cümlədən oradakı hesablarında pulu qalmış sahibkarlar və şirkətlər üçün də qorxu yoxdur? Axı yekunda bank ləğv ediləcəksə, bunun yubadılması məhz onlara zərər vurur: az-çox "Atabank"da hazırda pul var və bankın ləğvinin yubadılması səbəbindən həmin vəsait Allah bilir hara sərf olunur..."
Qeyd edək ki, Elman Rüstəmov artıq hüquqşünasın 2-ci sualına cavab verib. O bildirib ki, Maliyyə Sabitliyi Şurası 4 Martadək qərar verəcəkdir və əmanətçilər "Əmanətlərin tam sığortalanması haqqında" Qanundan faydalana biləcəklər.
HƏMÇİNİN OXU: AtaBank barədə Maliyyə Sabitliyi Şurası tezliklə qərar verəcək
HƏMÇİNİN OXU: AtaBank-a “əmanətçilərə bildiriş göndərin” göstərişi verilib
Xatırladaq ki, 30 Sentyabr 2019-cu il tarixində “AtaBank” 532 milyon 74 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 374 milyon 712 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Eyni tarixdə, Bankda müştərilərin depozitləri 286 milyon 268 min manat, o cümlədən fiziki şəxslərin müddətli depozitləri 253 milyon 9 min manat, hüquqi şəxslərin müddətli depozitləri isə 3 milyon 530 min manat, hüquqi və fiziki şəxslərin tələbli depozitləri isə 29 milyon 728 min manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 saat sonra
-
-
9 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
17 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 18 saat əvvəl
-
18 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
20 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"














.jpg)







