Sabahın hava proqnozu açıqlandı
Azərbaycanda fevralın 12-də gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu, əsasən yağmursuz, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 6-8 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütünuna enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında fevralın 12-də hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 12-17, gündüz 0-5 dərəcə şaxta olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 12-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
44 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 58 d. əvvəl
-
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qubada Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti keçiriləcək - TARİX
-
2 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin 2-ci mərhələsi başa çatıb
-
3 saat əvvəl
Unibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı
-
3 saat əvvəl
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
Ən çox oxunanlar
Bakıda 2-ci “Popeyes” restoranı açılır
Un istehsalçılarının topdansatış qiymətləri açıqlanıb
“AzInTelecom” IV Vergi və Mühasibatlıq Zirvəsində - VİDEO
Premium Bank 3 mühüm nominasiya üzrə mükafatlandırılıb
Bakıda qarajların orta qiyməti martda 5 %-ə yaxın artıb






















