"Zərər qızılın qiymətilə bağlıdır" - “AzerGold”dan açıqlama
“AzerGold” QSC 2017-ci illə müqayisədə 2018-ci ildə xalis mənfəətinin 63,5% azalaraq 8 milyon 41 min ABŞ dolları təşkil etməsilə bağlı açıqlama yayıb.
“AzerGold” QSC-dən “Marja”ya daxil olmuş açıqlamada bildirilir ki, xalis mənfəətin azalması qeyri-maddi aktivlərin dəyərsizləşməsindən qaynaqlanır:
“2018-ci ilin maliyyə auditinin hesabatları 2017-ci ildə olduğu kimi müsbət göstəriciləri əks etdirir. Cəmiyyətin təqdim etdiyi hesabata əsasən, 2017- ci ilə nisbətən satışdan gəlirlər azalsa da, satışın maya dəyərində də önəmli dərəcədə azalma müşahidə olunması ümumi mənfəətin artımına səbəb olub. Belə ki, 2017-ci ildə “AzerGold” QSC-nin satışları 77 306 206 dollar olduğu halda, 2018-ci il üçün bu rəqəm 18 936 259 dollar (və ya 24%) azalaraq 58 369 947 dollar təşkil edib. Öz növbəsində satışın maya dəyəri isə 2018-ci ildə, 2017-ci ildəki 62 288 074 dollar səviyyəsindən 23 301 577 dollar (və ya 37%) azalaraq 38 986 497 dollaradək enib. 2017-ci illə müqayisədə ümumi mənfəət 4 365 318 dollar (və ya 29%) artaraq 2018-ci ildə 19 383 450 dollaradək yüksəlib. Ümumi mənfəətin (satışdan gəlirlərlə satışın maya dəyəri arasında olan fərq) satışdan gəlirlərə olan nisbəti ilə hesablanan ümumi mənfəət marjası 2017-ci ildə 19% idisə, 2018 – ci ildə bu göstərici 33% təşkil edib. Mənfəət və Zərər Haqqında Hesabatdan da göründüyü kimi 2017-ci ildə qızılın qiymətində artım olduğu üçün əvvəlki ildə qeydə alınmış qeyri-maddi aktivlərin dəyərsizləşməsində 14 milyon dollar artım baş vermişdir. 2018-ci ildə isə bu göstəricidə artım yox, əksinə, yenidən dəyərsizləşmə baş verdiyi üçün Xalis Mənfəətdə də azalma müşahidə olunub. Qeyd etmək lazımdır ki, bu tip artım və ya dəyərsizləşmələr dünya bazarlarındakı qızılın qiyməti ilə birbaşa bağlı olduğu üçün, heç bir halda “AzerGold” QSC-nin fəaliyyətində və idarəedilməsindəki birbaşa səmərəsizliyi əks etdirmir. Bu, sadəcə Cəmiyyətin sərəncamında olan mədənlərdəki kəşf edilmiş və hələ hasil edilməmiş metalların dəyərində dünya bazarındakı qiymətlərin mütəmadi dəyişməsinə görə artıb-azalmalardır. Əgər Mənfəət və Zərər Haqqında Hesabatdakı bu göstəricini nəzərə almasaq, o zaman Cəmiyyətin Xalis Mənfəətində də artımın olduğunu asanlıqla görmək olar”.
HƏMÇİNİN OXU:“AzerGold”da 8 milyon dollar xalis mənfəət
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
5 d. əvvəl
"Azərbaycana sərmayə qoyun. Kontraktlarda bir söz də dəyişilmir və dəyişilməyəcək"
-
-
13 d. əvvəl
"Şirkətin daha böyük planları var və Azərbaycan dövləti bu planları tam dəstəkləyir"
- 36 d. əvvəl
-
38 d. əvvəl
Rəsmi İrəvan Azərbaycandan növbəti partiya benzin və dizel göndəriləcəyini təsdiqləyib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
2 saat əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Rəsmi İrəvan Azərbaycandan növbəti partiya benzin və dizel göndəriləcəyini təsdiqləyib
Yeni nəsil nəzarət-kassa aparatları 28 milyard 162 milyon manat dövriyyəni qeydə alıb - 3,6 MİLYARD MANATLIQ ARTIM
Norm Sement zavodunun istehsal gücü artırılıb
Ən çox oxunanlar
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Azərbaycan neftinin son qiyməti
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir

























